Dərc edildi: Baxış sayı: 466
Türkiyə BVF-dən kömək istəməyəcək
Türkiyə Vaşinqtonun iqtisadi hücumundan sonra üzləşdiyi maliyyə böhranını aradan qaldırmaq üçün Beynəlxalq Valyuta Fondundan kömək istəməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Bərat Albayraq Amerikanın nüfuzlu “Foreign Policy” jurnalında dərc etdiyi “ABŞ-ın qlobalın iqtisadiyyatı idarə etməsinə güvənilə bilməz” başlıqlı məqaləsində bildirib.
Albayraq vurğulayıb ki, dünya özünü qlobal iqtisadi sistemdəki ən böyük oyunçu olan Vaşinqtondan qorumalıdır. ABŞ prezidenti Donald Tramp administrasiyasının NATO üzvü olan bir ölkəyə sanksiyalar və ticarət tariflərilə hücum etməsini pisləyən Albayraq bunu Türkiyə və ABŞ arasındakı müttəfiqlik tarixinin ən məyusedici anlarından biri adlandırıb. Lakin nazir vurğulayıb ki, heç bir maliyyə böhranı və ya iqtisadi hücum Türkiyənin siyasətini və azad bazar prinsiplərinə sadiqliyini zəiflədə bilməyəcək. Türkiyə üzləşdiyi valyuta problemini həll etmək üçün kömək istəməyəcək.
“Türkiyənin gündəmində Beynəlxalq Valyuta Fonduna müraciət etmək məsələsi yoxdur. Türkiyə indiyədək olduğu kimi valyuta ehtiyatlarını beynəlxalq maliyyə bazarları vasitəsilə təmin etməyə davam edəcək. ABŞ-ın hücumu Türkiyə iqtisadiyyatını struktur islahatları, yeni ticarət razılaşmaları və xarici investisiyalarla gücləndirdi. Hədəfimiz Türkiyənin qlobal iqtisadiyyat üçün bir innovasiya, tədqiqat və təkmilləşdirmə mərkəzinə çevrilməsidir.” – deyə, Albayraq bildirib.
Nazir onu da əlavə edib ki, Türkiyə ABŞ-ın siyasi səbəblərdən sanksiyalar tətbiq etdiyi yeganə ölkə deyil. Avropa İttifaqı, Rusiya və Çin kimi tərəfdaşlarını da birtərəfli tariflərlə hədəf alan Vaşinqton əksinə, onlar arasında əməkdaşlığın güclənməsinə, beynəlxalq ticarətin qorunması üçün dünya dövlətləri arasında daha güclü ittifaqların qurulmasına səbəb olub. Bu isə son nəticədə ABŞ-ın özünə qarşı çevriləcək.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət