Slimfit
  1. TÜRKİYƏ

Türkiyə bütün dünyanı heyrətləndirdi

Türkiyə bütün dünyanı heyrətləndirdi
Sakura

Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük hava limanı inşa olunur

Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük hava limanı inşa olunur.

Şəhərdə üçüncü olacaq bu hava limanı ildə 90 milyon sərnişinə xidmət göstərəcək.

Milli.Az bildirir ki, hazırda rekord Pekindəki beynəlxalq hava limanına məxsusdur. Bu hava limanı ildə 86 milyon sərnişinə xidmət göstərir.

İstanbulda tikilən yeni hava limanı (İstanbul Grand Airport, İGA) Arnavutköy bölgəsindən gələn yollarla Çatalca arasında, Terkos gölünün sahilində yerləşir.

Tikinti meydançasının ümumi sahəsi 7659 hektardır.

İGA ilə Atatürk hava limanı arasındakı məsafə 35 kilometrdir. Tikinti meydançasının ərazisində olan köhnə, istismarı başa çatmış daş kömür mədənlərinin hamısı doldurulub.

İGA ilə İstanbulun mərkəzini bir neçə metro xətti birləşdirəcək. Xətlərdən biri M2 marşurutu ilə "Qayrettepe" stansiyasına, digəri isə "Marmaray"la "Halkalı"ya qədər uzanacaq.

Tikinti ərazsindəki 1436798 ağac çıxarılaraq başqa ərazilərdə yenidən əkilib.

 

İGA-nın tikililərinin ümumi sahəsi 80 milyon kvadrat kilometr olacaq və hava limanında 225 min nəfər çalışacaq. Bu ilin sonunda istifadəyə veriləcək sərnişin terminalı dünyada bu tipdə ən böyük bina olacaq. Terminalda 468 qeydiyyat yeri, 114 müstəqil qeydiyyat kiosku, baqaj üçün 51 kiosk, 228 pasport nəzarəti məntəqəsi, təyyarəyə minmək üçün 77 çıxış, 55 min kvadrat metrlik "Duty Free" zonası, saatda 28900 baqajı emal edəcək 42 km uzunluğunda baqaj sistemi olacaq.

Sonrakı mərhələlərdə daha 2 terminal və 3 uçuş-enmə zolağı inşa ediləcək. Bu isə İGA-ya ildə 200 milyon sərnişin qəbul etməyə imkan verəcək.

İGA yeni vaxtda 114 təyyarə qəbul edəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR