Slimfit
  1. DÜNYA

Türkiyə Böyük Millət Məclisindən Paşinyana ermənicə təbrik

Türkiyə Böyük Millət Məclisindən Paşinyana ermənicə təbrik
Sakura

Garo Paylan türkcə başladığı çıxışı ermənicə yekunlaşdırdı

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, HDP-dən olan erməni millət vəkili Garo Paylan dekabrın 20-dəki müzakirələr zamanı “Erməni seçimləri” haqqında fikirlər səsləndirib. G.Paylan Paşinyanın 9 dekabr seçkilərində qələbə qazanması münasibəti ilə  baş naziri, eləcə də bütün erməni xalqını təbrik edib. G.Paylan həmçinin Türkiyə ilə münasibətləri hər hansı şərt irəlis ürmədən normallaşdırmağa hazır olduqlarını bildirən Paşinyanın bu təklifinə, Türkiyə hökumətinin müsbət cavab verəcəyinə ümid bəslədiyini də qeyd edib.

Paylan çıxışını erməni dilində “Nikol Paşinyan və dostlarına uğurlar arzulayıram” sözləri ilə başa çatdırıb.

Xatırladaq ki, G.Paylan bundan öncə də Türkiyəni Ermənistanla münasibətləri yaxşılaşdırmağa səsləyib, erməni maraqlarını fəal surətdə müdafiə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR