Slimfit
  1. TÜRKİYƏ

Türkiyə: Berat Albayrak inflyasiya ilə mübarizə proqramını açıqlayacağını vəd edib

Türkiyə: Berat Albayrak inflyasiya ilə mübarizə proqramını açıqlayacağını vəd edib
Sakura

Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak inflyasiya ilə güclü bir mübarizə proqramının açıqlanacağını…

Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak inflyasiya ilə güclü bir mübarizə proqramının açıqlanacağını vəd edib.

Ankaranın Kızılcahamam rayonunda keçirilən AKP müşavirəsində çıxış edən Berat Albayrak ölkə iqtisadiyyatında sabitləşmənin başladığını, ixracın artdığını, büdcənin cari kəsirinin azaldığını bildirib.

Sentyabr ayında açıqlanan yeni iqtisadi proqramdan danışan Albayrak büdcənin yerinə yetirilməsində "güzəştsiz, sərt intizam siyasətinin" həyata keçiriləcəyini" vurğulayıb.

Ötən həftə açıqlanan inflyasiya rəqəmlərinə əsasən, Türkiyədə 25 faziə yaxınlaşan illik istehlak inflyasiyası son 15 ilin zirvə göstəricinə qalxıb.

Türk lirəsinin dəyərdən düşməsi isə aktivləri xarici valyutada olan şirkətlərin kapitalının artmasına səbəb olub.

Albayraq Türkiyədə dövlət borcunun ÜDM-in 28 faizini təşkil etdiyini, inkişaf edən ölkələrdə isə bu göstəricinin 50 faizə yaxın olduğunu; əhalinin borcunun ÜDM-in 16 faizini, inkişaf edən ölkələrdə 36 faiz, dünyada isə ortalama 60 faiz olduğunu bildirərək Türkiyədəki iqtisadi durumun nisbətən yaxşı oluğunu qeyd edib.

 
 
Mənbə: BBC.com
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR