Slimfit
  1. TÜRKİYƏ

Türkiyə bankları iqtisadi krizisi necə geridə qoyub?

Türkiyə bankları iqtisadi krizisi necə geridə qoyub?
Sakura

Türkiyə bankları iqtisadi krizisi necə geridə qoyub?

Artıq 1 Dollar  alış-satış qiyməti ilə birlikdə ortalama 6,89 TL səviyyəsinə çatıb. Bu isə ilin başından , dolların lirə qarşısında 82% artımı deməkdir. Ümumiyyətlə yanvarın 1-dən etibarən dollaın lirə qarşısında ən yüksək qiyməti 7,02 TL, ən aşağı qiyməti isə 3,40 TL olub.

Maraqlıdır, görəsən Türkiyənin 5 böyük bankı iqtisadi krizisi necə geridə qoyub?

Bu gün araşdırmamızı bu yöndə etmişik, İş bankı, Yapıkredi bank, Garanti Bank, Halkbank , Ziraatbank öz kredit, depozit, kapital və mənfəətini son iki rübdə nə qədər artıb ya da azaldıb?

Türkiyə İş Bankı.

Türkiyə İş bankının ikinci rüb verdiyi kreditlər 259 mlrd 532 mln TL, cəlb etdiyi depozitlər isə 219 mlrd 101 mln TL olub. Bu isə keçən rübdən 6% çoxdur. Mənfəəti isə 3 mlrd 335 mln TL-dir. Bu göstərici olduqca artıb, belə ki keçən rüb İş bankının mənfəəti 1 mlrd 806 mln TL idi. Bu isə 85% artım deməkdir. Kapitalına gəldikdə 311 mln TL artıraraq  45 mlrd 74 mln TL-ə çatdırıb. Krizisə baxmayaq bu bank maliyyə göstəricilərini artırıb. 

YapıKredi bank.

YapıKredi bank isə keçən rüb 217 mlrd TL olan kredit portfelini bu rüb 236 mlrd 361 mln TL-ə çatdıraraq 8% artım əldə edib. Depozit portfelini isə 7% artıraraq, 192 mlrd 824 mln TL-ə çatdırıb. Mənfəəti  16 mln TL azalaraq (-1%)  1 mlrd  227 mln TL olub. Kapitalı isə 20% artıb, yəni 37 mlrd  805 mln TL-ə çatıb. Bu bank, xalis mənfəətini azaltsa da digər göstəricilərini artırıb.

Garanti Bank.

Garanti Bank  öz kredit portfelini 23% artırıb, belə ki keçən rüb 211 mlrd 894 mln TL olan kredit portfeli, II rüb 260 mlrd 375 mln TL olub. Mənfəəti isə 4% azalaraq, 1 mlrd 924 mln TL olub. Depozit portfeli isə 6% azalaraq,  229 mlrd 763 mln TL olub. Bütün bunlara rəğmən kapitalı 4% artaraq 44 mlrd 404 mln TL olub. 

Ziraat Bank.

Ziraat Bank isə öz mənfəətini 2 mlrd 211 mln TL-dən 2 mlrd 344 mln TL-ə çıxardıb.  Kredit portfelini  11% artıraraq 373  mlrd 288 mln TL, depozit portfelini 12% artıraraq 334 mlrd 677 mln TL edib. Kapitalı isə 280 mln azalaraq 55 mlrd 124 mln TL olub.  Kapitalını azacıq azaltsa da, digər göstəricilərini artıraraq Ziraatbank öz vəziyyətini normal tempdə saxlayıb. 

Halkbank.

Halkbank isə mənfəətini 5% azaltsa da, digər göstəriciləri artıb. Mənfəəti 900 mln 611 min TL olan Halkbankın kredit portfeli 10% artaraq 244 mlrd 129 mln TL, depzot portfeli isə 11% artaraq 221 mlrd 934 mln TL olub. Kapitalın 7% artıraraq 28 mlrd 621 mln TL etməyi bacarıb.

Ümumi vəziyyətə baxsaq dollar və avronun bu qədər artmasına rəğmən bankların vəziyyəti normal görünür. Bank sistemində çox əməliyyatlar xarici valyutalarla aparılsa da, banklar öz göstəricilərini demək olar ki, o qədər də çox azaltmayıb. 

İndi isə gəlin türk banklarının ROA və ROE əmsallarına baxaq.

Banklar

ROA

ROE

İş Bankı

0,9%

7,4%

YapıKredi bankı

0,3%

3,2%

Garanti bankı

0,5%

4,3%

Ziraat bankı

0,4%

4,3%

Halkbank

0,3%

3,1%

Göründüyü kimi, bankların ROA və ROE əmsalları da krizisə görə elə aşağı deyil. 

Ümumi vəziyyətə görə türkiyənin ilk beş bankı ölkədə baş verən belə böyük krizisə görə yaxşı bir iki rüb keçirib. 

Xəzər Aslanov. Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR