Slimfit
  1. CƏMİYYƏT

“Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb

“Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb
Sakura

“Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi işıq üzü görüb

Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycandakı aktual və əhəmiyyətli mövzuları, iki dövlət arasındakı əlaqələri Türkiyə və dünya ictimaiyyətinə bəyan etməyi hədəfləyən “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsi çapdan çıxıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, jurnalın ilk sayında hər iki ölkə üçün maraqlı olan diplomatiyadan mədəniyyətə, idmandan iqtisadiyyata geniş bir sahədə vacib xəbərlər əhatə olunmaqla yanaşı, bir sıra şəxslərin məqalələri və müsahibələri də dərc edilib. Jurnal Diasporla İş üzrə Dövlət Komitəsinin maddi və informasiya dəstəyi ilə çap olunub. Türkiyə və Azərbaycanın birgə səsi olan jurnalın ilk nömrəsi bir sıra tanınmış dövlət və ictimaiyyət nümayəndələrinə təqdim edilib.

Türkiyənin Gənclər və idman naziri Mehmet Kasapoğlu jurnalın ilk buraxılışını diqqətlə nəzərdən keçirib və “Türkiyə Azərbaycan” jurnalının iki ölkəyə də xeyirli olmasını arzulayıb. Növbəti nömrədə özünün də məqaləsinin yer alması təklifinə müsbət yanaşıb.

Ailə, əmək və sosial xidmətlər naziri Zəhra Zümrüd Səlcuq da “Türkiyə-Azərbaycan” jurnalının ilk nömrəsini böyük həvəs və maraqla qarşılayıb, jurnalın gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də jurnalın fəaliyyətini son dərəcə yüksək dəyərləndirib və sərf edilən əməyin çox qiymətli olduğunu deyib.

Türkiyədə təhsil alan xarici tələbələr və fəaliyyət göstərən diplomatlar da jurnalı maraqla qarşılayaraq, gələcək fəaliyyəti ilə bağlı xoş arzular bildiriblər.

Jurnalın ilk nömrəsi Türkiyə, Azərbaycan və beynəlxalq təşkilatların yüksək səlahiyyətli nümayəndələrinin müsbət rəyləri ilə nəşr olunub. Jurnal Türkiyə və Azərbaycanda, eləcə də hər iki respublikanın diasporunun olduğu digər ölkələrdə pulsuz paylanacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR