Slimfit
  1. SİYASƏT

“Türkiyə, Azərbaycan düşmənləri ilə əməkdaşlıq edəndən nə gözləmək olar” – Deputatdan həmkarına reaksiya

“Türkiyə, Azərbaycan düşmənləri ilə əməkdaşlıq edəndən nə gözləmək olar” – Deputatdan həmkarına reaksiya
Sakura

“Türkiyə, Azərbaycan düşmənləri ilə əməkdaşlıq edəndən nə gözləmək olar” – Deputatdan həmkarına reaksiya

"Deputat həmkarım Qüdrət Həsənquliyevin parlamentdə Türkiyəli deputat Ömər Faruk Gergerlioğlunun Azərbaycan haqqında səsləndirdiyi haqsız mövqeyə görə haqlı olsa da, amma fikrini tam dolğun şəkildə təqdim etmədiyindən bu da təbii olaraq, cəmiyyət tərəfindən aydın başa düşülməyə bilər. 

Məsələyə aydınlıq gətirərək demək istərdim ki, Qüdrət bəyin haqqında səsləndirdiyi TBMM-də təmsil olan millət vəkili Ömər Faruk Gergerlioğlu DEM partiyanın üzvüdür. Azərbaycan ictimaiyyəti, DEM partiyasının PKK, seperatizm tərəfdarı olan, Türkiyədən daima beynəlxalq təşkilatlara şikayət edən, Türkiyə düşmənləri ilə işbirliyində olan bir partiya kimi tanıyır. Bu Partiya Azərbaycan xalqının torpaqlarının azad olunması uğrunda apardığı 44 günlük Vətən savaşında, eləcə də qazandığımız möhtəşəm zəfərdə bəzi CHP millət vəkilləri ilə erməni işğalçılarını dəstəkləyən mövqe sərgilədilər. Millət vəkili Ömər Faruk Gergerlioğlunu Azərbaycanın suverenliyinin bərpası əməliyyətında, xüsusilə də Laçın dəhlizi ətrafında aparılan əməliyyatlar zamanı çıxışlarında açıq-aşkar tam erməni tərəfadrı olduğunu bəyan edib".

Bu fikirləri Ölkə.Az açıqlamasında Azərbaycan-Türkiyə paralamentlərarası dostluq qrupunun üzvü, deputat Məlahət İbrahimqızı Milli Məclisin yaz sessiyasının son iclasında həmkarı Qüdrət Həsənquliyevin TBMM-in üzvü Ömər Faruk Gergerlioğlunun Azərbaycan və Azərbaycan polisi haqqında səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O əlavə edib ki, müharibə dövründə hətta bir qrup DEM üzvləri bu əməliyyatların durdurulması ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər: "Yəni bu millət vəkili öz mövqeyi ilə tam erməni işğalını dəstəkləyən bir PKK tərəfdarıdır. Bu da təbiidir. Türkiyənin bölünməsini istəyən və bunun üçün hətta Türkiyə və Azərbaycan düşmənləri ilə əməkdaşlıq edən DEM millət vəkilindən bundan artıq nə gözləmək olar?! Bu mənada terroru və terrorçunu dəstəkləyən bir siyasətçi də sözsüz ki, ölkəmizdə qanunçuluğu, sabitliyi, əmin amanlığı və təhlükəsizliyi qoruyan fədakar Azərbaycan polisi haqqında xoş sözlər səsləndirməz. Bundan ötrü elə millət vəkili Ömər Fartukun saytına baxmaq və onun Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqeyini əks etdirən fəaliyyətini görmək olar. Görünür, çıxışında müdafiə etdiyi adam da elə onun yolunda olan birisidir". 

Deputat daha sonra əlavə edib: "Azərbaycanda olduğu kimi, Türkiyədə də antimilli qüvvələr, milli satqınlar hələ də düşmən dəyirmanına su tökürlər. Bu qüvvələr nə qədər çirkli siyasət aparsalar da, əmindirlər ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və strateji müttəfiqliyi əbədi və sarsılmazdır. Çox təəssüf ki, bu gün hər iki qardaş və strateji müttəfiq ölkədə milli satqınlar həm də birlik və bərabərliyimizi sarsıtmaq üçün də müxtəlif layihələr həyata keçirməyə çalışırlar. Bu cür qüvvələr üçün milli mənafe məfhumu yoxdur. Bu qüvvələr ancaq xaricdəki patronlarına, ağalarına hesabat verirlər.  Möhtərəm Prezidentimiz də dəfələrlə çıxışlarında bu mənada hər kəsin ayıq-sayıq olmasını bildirir. Hörmətli həmkarım, peşəkar siyasətçi Qüdrət Həsənquliyev də parlamentin bugünkü iclasında Ömər Farukun çıxışına bu kontekstdə münasibət bildirməli idi. Çünki Azərbaycan cəmiyyətində hər gün bölücülük, terror yanlısı fəaliyyətlərini gizlətmək üçün adını dəyişdirən, amma mahiyyətini dəyişməyən DEM və onun kimi partiyalar və siyasətçilər haqqında yetərli məlumat yoxdur. 

Bu cür səthi və diqqətsiz çıxış və mühasibələr bəzən düşmənlərin məqsədinə xidmət etmiş olur və nəticədə qan qaraldır. Yəni bir siyasətçi kimi dünyada getdikcə artan kürəsəl təhlükələr, Azərbaycana və Türkiyəyə qarşı artan təhdidlər, xüsusilə birliyimizi gözləri götürməyən qüvvələrə qarşı atdığımız hər bir addımda, səsləndirdiyimiz hər fikirdə tam ehtiyatlı və məsuliyyətli olmalıyıq".

Xatırladaq ki, Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında Azərbaycan polisi haqqında ittiham səsləndirən türkiyəli deputat Ömər Faruka etirazını bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR