Dərc edildi: Baxış sayı: 742
Türkiyə Aralıq dənizinə daha bir kəşfiyyat-axtarış gəmisi göndərib
Türkiyənin növbəti neft və qaz kəşfiyyat-axtarış gəmisi dekabrın 8-də Aralıq dənizinə yola düşüb. Gəminin dekabrın sonuna qədər kəşfiyyat-axtarış işlərinə başlaması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez məlumat verib. Türkiyənin Aralıq dənizində və Qara dənizdə neft-qaz axtarışının davam etdiriləcəyini vurğulayan nazir bildirib ki, ölkənin bütün ərazisinin qazlaşdırılması hökumətin əsas iqtisadi prioritetidir.
Xatırladaq ki, hazırda Türkiyə “Oruç Reis”, “Barbaros Hayreddin Paşa” və “Fatih” gəmiləri ilə Qara dənizdə və Aralıq dənizinin şərqində kəşfiyyat-qazma işlərini davam etdirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət