Dərc edildi: Baxış sayı: 532
Türkiyə alimlərinin yeni əməliyyat üsulu dünya tibb ədəbiyyatına daxil edilib
Qara Dəniz Texniki Universitetinin tibb fakültəsinin döş qəfəsi cərrahiyyəsi bölümünün əməkdaşları tərəfindən tətbiq edilən yeni əməliyyat üsulu dünya tibb ədəbiyyatına daxil edilib. Bu əməliyyat nəfəs borusunda darlığın meydana gəlməsi nəticəsində nəfəsalma çətinliyi çəkən xəstələr üzərində aparılıb.
AZƏRTAC xəbər verir ki, dünyada ilk dəfə həyata keçirilən bu üsul sayəsində əməliyyatdan sonra bir müddət çənənin sinəyə tikili vəziyyətdə qalması prosesi aradan qalxıb.
Universitet alimlərinin verdikləri məlumata görə, tətbiq edilən yeni üsul xəstələrin əməliyyatdan sonra daha tez və rahat sağalması baxımından çox əhəmiyyətlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət