Türkiyə ABŞ-ın 70 illik planını belə darmadağın edir
S-400 müqaviləsi ABŞ-ın 70 illik planlarını darmadağın edəcək və Türkiyəni Atlantika rejimindən xilas edəcək miqyasdadır.
Axar.az xəbər verir ki, bunu türkiyəli jurnalist Ceyhun Bozqurd bildirib.
Bozqurd S-400 müqaviləsinin Türkiyə tarixinin ən mühüm anlaşması olduğunu vurğulayıb: "Türkiyə bütün təhdidlərə baxmayaraq, geri çəkilmədi və Ərdoğanın dediyi kimi, bu, Türkiyə tarixinin ən mühüm sazişidir".
Mustafa Kamal Atatürkün dövründə də Türkiyənin müstəqil siyasət aparmağa, region, eləcə də Qərb ölkələri ilə müstəqil əlaqələr qurmağa çalışdığını qeyd edən Bozqurd S-400 raket əleyhinə müdafiə sisteminin regional və hətta qlobal tarazlığa təsir edəcək bir müqavilə olduğunu bəyan edib:
"Bu müqavilə ABŞ-ın 70 ildir qurmağa çalışdığı Yaxın Şərq siyasətini, Avrasiyanı ələ keçirməyi qarşısına hədəf qoyan Xarici Nəsil Nəzəriyyəsi strategiyasını darmadağın edə bilər. Amerikanın rəhbərlik etdiyi komanda əslində Türkiyəyə düşməncəsinə hücum edərək öz quyusunu qazır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət