Slimfit
  1. TÜRKİYƏ

Türkiyə ABŞ-dan şikayət edib

Türkiyə ABŞ-dan şikayət edib
Sakura

Türkiyə ABŞ-dan şikayət edib

Türkiyə ABŞ-dan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib. 

Oxu.Az-ın ÜTT-in saytına istinadən verdiyi məlumata görə, buna səbəb ABŞ-ın polad və alüminium idxalına rüsumları artırmasıdır. 

Ankara ÜTT-də məsələ ilə məsləhətləşmələrin keçirilməsini istəyir. Türkiyə tərəfi hesab edir ki, Vaşinqtonun qərarı Tarif və ticarət üzrə Baş sazişin müddəalarına ziddir. 

Qeyd edək ki, avqustun 10-da ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma görə rüsumları artırıb. Bu qərar Türkiyə milli valyutasının kəskin ucuzlaşmasına gətirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR