Slimfit
  1. DÜNYA

Türkiyə 23,5 milyon turistə dörd fərqli dildə məktub göndərir

Türkiyə 23,5 milyon turistə dörd fərqli dildə məktub göndərir
Sakura

Türkiyə 23,5 milyon turistə dörd fərqli dildə məktub göndərir

Türkiyənin Antalya şəhərinə gələn 23,5 milyon turistə dörd fərqli dildə məktub göndəriləcək.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, koronavirusdan təsirlənən turizm sektorunu canlandırmaq məqsədilə bu qərara gəlinib.

Məktub “Akdeniz Turistik Otelciler ve İşletmeciler Birligi” tərəfindən “SunAndMore” heşteqi ilə hazırlanıb.

Dörd dildə (türk, ingilis, alman, rus) yazılan, 2019-cu ildə bölgənin bütün hotellərinə gələn turistlərə göndərilən məktubda turistlərin virusun yayıldığı müddətdə evdə qalmaları, sonra isə Antalyaya dəvət edildiyi qeyd olunur.

Alanya bölgəsində turizm sektorunda çalışanlar da eyni qaydada turistlərə məktub göndərmək qərarına gəliblər. Lakin onlar əlavə olaraq məktubları polyak, fars və fin dillərinə də çeviriblər.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR