“Turkish Airlines” aviaşirkəti Çinə uçuşları dayandırıb
Türkiyənin “Turkish Airlines” aviaşirkəti koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Çinə uçuşları dayandırıb.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Aviaşirkətin nümayəndəsi Yəhya Üstün bildirib ki, “Turkish Airlines”in Milli və Beynəlxalq strukturları koronavirusla bağlı vəziyyətin qiymətləndirilməsi üçün fevralın 9-a qədər Pekinə, Quancjouya, Şanxaya və Siana reysləri dayandırır.
Üstün əlavə edib ki, aviaşirkət rəhbərliyi xəstəliyin yayılması ilə bağlı vəziyyəti izləməyə davam edəcək.
Xatırladaq ki, 2019-cu ilin dekabrının sonlarında Çin hakimiyyəti Uhan şəhərində naməlum mənşəli pnevmaniyanın yayılması haqqında bildirib. Ekspertlər təyin ediblər ki, xəstəliyə 2019-nCoV koronavirusu səbəb olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət