Slimfit
  1. MEDİA

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 ili tamam olur

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 ili tamam olur
Sakura

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 ili tamam olur

Oktyabrın 3-də AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Dünya Türkologiya Mərkəzi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılmasının 10 illiyinə həsr olunan birgə tədbir keçirib.

Tədbirdə çıxış edən tanınmış türkoloq Güllü Yoloğlu 2009-cu il oktyabr ayının    3-də Naxçıvan şəhərində təşkil olunan türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündən danışıb. Bildirib ki, görüşdə imzalanmış Naxçıvan Sazişinə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Şurası və Türk Birliyi yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin həmin təşkilatların təsisçi üzvləri olduğunu deyən G.Yoloğlu artıq Özbəkistanın da bu Sazişə qoşulduğunu, Macarıstanın isə müşahidəçi üzv kimi iştirak etdiyini qeyd edib.

G.Yoloğlu çıxışında  Naxçıvan sammitinin türk məkanında inteqrasiyanın formalaşdırılmasının əsas mərhələlərindən biri olduğunu vurğulayıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas fəaliyyət məqsədləri və vəzifələrinin də məhz Naxçıvan Sazişi ilə müəyyən edildiyi diqqətə çatdırıb. Qeyd edib ki, şura təsis olunduqdan sonra zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə Görüşləri” adı altında Almatı, Bişkek, Nursultan, Bodrum və Qəbələ şəhərlərində keçirilib. Növbəti zirvə görüşünün də Azərbaycanda keçiriləcəyini bildirən G.Yoloğlu bu məqsədlə 14-15 oktyabrda türkdilli ölkələrin dövlət başçılarının Bakıda növbəti zirvə toplantısına gələcəyini söyləyib.

Sonra çıxış edən AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova şuranın türkdilli dövlətlər arasında elm, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsində müstəsna rolu olduğunu deyib.

Daha sonra millət vəkili Qənirə Paşayeva türkdilli ölkələrin tanınmış təşkilatlarının beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin təbliği sahəsində fəal rol oynadığını, TDƏŞ-in də dünyada və regionda türkdilli ölkələr arasında müxtəlif prioritet sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirdiyini, uğurlara imza atdığını bildirib, əməkdaşlığın sıx və işgüzar formatda, ölkələrin bir-birləri barəsində daha geniş və ətraflı məlumatlandırmasının zəruriliyini vurğulayıb.

         Tədbirdə "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-nin nəzdindəki Televiziya və Radio Akademiyasının rektoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev, tərcüməçi-jurnalist Rafiq Savalan, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, Macarıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistanın ölkəmizəki səfirliklərinin nümayəndələri, eləcə də digər iştirakçılar şuranın təsis olunmasını və keçdiyi yolu türkdilli ölkələr və xalqlar üçün əhəmiyyətli hadisə kimi dəyərləndiriblər.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Ozoralın da iştirak etdiyi tədbirdə 3 oktyabr tarixinin türk birliyi günü kimi hər il qeyd olunması təklifi səsləndirilib. Həmçinin Dünya Türkologiya Mərkəzinin Nizamnaməsi təqdim edilib və tədbir iştirakçıları tərəfindən müsbət qiymətləndirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR