Slimfit
  1. COĞRAFİYA

Türkdilli dövlət başçılarının sammiti olacaq

Türkdilli dövlət başçılarının sammiti olacaq
Sakura

Türkdilli dövlət başçılarının sammiti olacaq

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Qırğızıstanda keçiriləcək sammiti ərəfəsində sentyabrın 2-də baş tutacaq nazirlər görüşündə Azərbaycanı xarici işlər nazirinin müavini Ramiz Həsənov təmsil edəcək.

Bu barədə avqustun 31-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi deyib ki, dövlət başçılarının sammiti sentyabrın 3-də baş tutacaq. Azərbaycan prezidenti İlham Əliyevin sammitə qatılacağı gözlənilir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçiüzvləridir.

Təşkilatın Almatı, Bişkek, Qəbələ, Bodrum və Astanada beş zirvə görüşü keçirilib.

 

Mənbə: Amerikanınsəsi.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR