Dərc edildi: Baxış sayı: 559
Türk sahibkar yay mövsümünə “dondurma dönəri” ilə başladı
Türkiyənin Elazığ şəhərində dondurma istehsalçısı mövsümə fərqli bir tərzdə başlayıb.
ONA İhlas xəbər agentliyinə istinadla xəbər verir ki, dondurma istehsalı və satışı ilə məşğul olan Səlahəttin Çətinin bu ideyası bir anlıq müştəriləri də çaşdırıb.
Dönər qurğusuna asılmış 300 kiloqramlıq “düm ağ dönər” hər kəsi heyrətləndirib.
Sahibkar dükanının yay mövsümü açılışına maraqdan ətrafa toplanmış müştərilərə pulsuz dondurma paylamaqla start verib.
Ən maraqlısı isə o olub ki, dondurmanı həqiqətən də dönər bıçaqı ilə kəsib qablaşdırıb.
1985-ci ildən səyyar istehsalçılıqla məşğul olan dondurma ustası bildirib ki, bütün məhsullar təbii südlə hazırlanır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət