Dərc edildi: Baxış sayı: 467
Türk ordusunun 2 günlük nəticəsi: 277 meyit, 11 kənd
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında keçirdiyi “Sülh çeşməsi”(Barış pınarı) əməliyyatında məhv edilən terrorçuların sayını açıqlayıb.
Axar.az xəbər verir ki, iki gün zərərsizləşdirilən terrorçuların sayının 277-yə çatdığı açıqlanıb.
Kürd terror qruplarına məxsus saytlarda isə əməliyyat başlayandan bu yana onlarla türk hərbçisinin öldürüldüyü və bir neçə nəfərin əsir düşdüyü aktiv şəkil paylaşılsa da, sonrada bu məlumatın yalan olduğu ortaya çıxıb.
Qeyd edək ki, ötən gün artıq 11 kəndin azad edildiyi, YPG-yə göndərilən yardım yollarının kəsildiyi bildirilmişdi.
Əməliyyat başlayandan türk ordusu bir şəhid verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət