Dərc edildi: Baxış sayı: 1122
Türk ordusunda şəhid sayı 22-yə yüksəldi, Ərdoğan təcili toplantı keçirir
Suriyanın İdlib vilayətində Türkiyə ordusunun şəhid sayı 22-yə yüksəlib.
AZXEBER.COM xəbər verir ki, bunu Hatay valisi Rahmi Doğan canlı yayımda açıqlayıb.
Bildirilib ki, əsgərlər Bəşər Əsəd qüvvələrinin hava hücumu nəticəsində həlak olublar. Rahmi Doğanun sözlərinə görə, ağır yaralanan hərbçilər də var və onalr Türkiyə ərazisinə gətirilib, müalicə olunurlar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada təcili toplantı keçirir. İclasda Müdafiə naziri Hulusi Akar, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan və Xarici işlər naziri Mövlud Çavuşoğlu iştirak edir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət