Türk ordusuna qarşı çirkin kampaniya – Şok video
Türkiyənin cənub sərhədlərindəki terror təhdidini aradan qaldırmaq üçün başlatdığı üçüncü əməliyyat – “Sülh çeşməsi” qardaş ölkəyə qarşı qarayaxma və böhtan kampaniyası aparanlar üçün növbəti hədəfə çevrilib.
Axar.az xəbər verir ki, istər “Fərat qalxanı”, istər “Zeytun budağı”, istərsə də 9 oktyabrda başladılan və hələlik 120 saatlıq fasilə verilən “Sülh çeşməsi” əməliyyatlarının başlıca prinsipi dinc əhalini hərbi fəaliyyətlərin təsirindən kənarda tutmaq olub. Buna baxmayaraq, türk ordusuna qarşı bir sıra ölkələrin mətbuat orqanı tərəfindən hücum edilir.
Belə ki, əməliyyatın başladığı gündən etibarən türk ordusunun guya dinc əhalini - Suriya kürdlərini qırması ilə bağlı əsassız məlumatlar, saxta xəbərlər yayılır.
Məsələn, ötən gün BƏƏ-nin “Əl-Arabiya” telekanalının Suriyadan hazırladığı reportaj böyük səs-küyə səbəb olub. Telekanalın müxbiri “türk əsgərinin öldürdüyü azyaşlılar”ın cəsədlərini tapa bilmədiyi, ümumiyyətlə, bunun mümkünsüz olduğu üçün canlı yayımda iyrənc bir “səhnəcik” hazırlayıb. Ətrafdakı azyaşlılar isə bu səhnəcikdə dırnaqarası jurnalistin köməyinə çatıb. O, uşaqların yerə uzanmasını və özlərini yaralı, ölü kimi qələmə verməsini istəyib. Bütün bunların fonunda nədənsə çox sakit şəkildə övladlarının cəsədinə tamaşa edən ata obrazı da yaradılıb. Xanım müxbir həmçinin “qayğıkeş ana” olaraq bu mənzərə qarşısında saxta göz yaşları axıtmağa çalışsa da, peşəkar aktyor olmadığı üçün rolunun ifası zamanı üzündəki təbəssümü də sezmək mümkün olub.
Türkiyənin Müdafiə naziri Hulusi Akarın açıqlamasını xatırladaq:
“Bölgədə sürətlə dəyişən və inkişaf edən vəziyyət bir sıra çətinliklər yaradır. Terror qruplaşmasının kimyəvi silah istifadə edib günahı Türkiyə Silahlı Qüvvələrinin üzərinə atmağa, bununla bağlı manipulyasiya yaratmağa çalışacaqlarına dair məlumatlar daxil olur”.
Demək olar ki, Akarın açıqlaması artıq öz təsdiqini tapıb. Çünki ötən gün İranın “Fars” xəbər agentliyi artıq Türkiyənin Suriyada kimyəvi silah istifadə etməsi nəticəsində onlarla insanın yanıq xəsarəti aldığını və onların Ras əl-Eyndən ağır vəziyyətdə Hasekə xəstəxanasına çatdırıldığını yazıb. Yeri gəlmişkən, agentliyin bu xəbərinin saxta olmasını qabaqcadan Hulusi Akar elə yuxarıdakı açıqlamasının davamındakı bu sözlərlə ifşa etmişdi:
“TSQ-nın arsenalında kimyəvi silah olmadığı hər kəs tərəfindən bilinən bir həqiqətdir”.
Göründüyü kimi, arsenalında kimyəvi silah olmayan bir ölkənin Suriyada sözügedən silahı tətbiq etməsi xəbəri məntiqi baxımdan da çox anlamsız və gülünc mahiyyət daşıyır.
Bütün bunlarla yanaşı sosial şəbəkənin PKK dəstəkçilərinə məxsus hesabları dəhşətli bir video ilə türk əsgərini ittiham edir. Görüntülərdə türk hərbi formasını geyinmiş şəxslər terrorçu cəsədlərinin başını kəsir. Maraqlısı budur ki, kadrlarda videonu türk əsgərlərinin özlərinin çəkdiyi müşahidə olunur, lakin video məhz sosial şəbəkədəki ərəblər və kürdlər tərəfindən paylaşılır. İnternetdə apardığımız araşdırma zamanı sözügedən video ilə bağlı heç bir informasiya tapılmadı. Yəni videonu əldə etmək üçün istinad edəcəyimiz heç bir mənbə mövcud deyil. Belə çıxır ki, videonu türk əsgərləri çəkib və PKK tərəfdarlarına onu yaymaqları üçün göndəriblər?
Hərçənd videonun səhnəcik olması daha qabarıq görünür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət