Slimfit
  1. SİYASƏT

Türk ordusu Qarabağa girəcəkmi və girərsə..?

Türk ordusu Qarabağa girəcəkmi və girərsə..?
Sakura

Türk ordusu Qarabağa girəcəkmi və girərsə..?

Cari ilin iyulunda erməni hərbi birləşmələrinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində təxribatlara əl atması bütün dünyanın diqqətini Azərbaycana yönəldə bildi. İyul döyüşlərindən dərhal sonra Türkiyənin Azərbayacana açıq hərbi-siyasi dəstəyi gecikmədi. Bunun ardından, bir sıra ciddi suallar ortaya çıxdı, bir generalımız və bir neçə yüksək rütbəli zabitlərimiz olmaqla, həmin döyüşlərdə ordumuzun canlı itkisi Azərbaycan dövlətini və bütövlükdə cəmiyyəti ayağa qaldırdı. Hadisələrin fonunda Dağlıq Qarabağın da dərhal və qeyd-şərtsiz erməni işğalından azad edilməsinə yönəlik milli çağırışlarımız bütün dünyanı bürüdü. 

Bildiyiniz kimi, Tovuz Azərbaycandan Türkiyəyə uzanan və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan neft-qaz boru xətlərinə nəzarət üçün mühüm strateji mövqedir. Və Tovuz əməliyyatlarından bir neçə gün sonra Türkiyənin öz ordusu ilə Azərbaycana gələrək hərbi təlimlər keçirməsi, Azərbaycanın yanında olduğunu, müharibə olarsa öz ordu gücünü bizə əsirgəməyəcəyini aydın ifadə etməsi düşmən cəbhələrə mühüm qardaş mesajı oldu. Türkiyə bu cür açıq hərbi gedişlə özünün də maraqlı olduğu sözügedən beynəlxalq enerji layihələrini qoruduğunu bəyan etsə də, Azərbaycana gələn türk ordusunun Qarabağı da qısa müddətə yağıdan azad edə biləcəyinə ümidlər yaratdı. Bəs, doğrudanmı Türkiyə Azərbaycana Qarabağı işğaldan azad etmək üçün gəlib? Türk ordusu Azərbaycan ordusu ilə birlikdə kutsal savaşa girəcəkmi?

Ens.az xəbər verir ki, bu barədə "Demokratik.Az"-ın sualına qısa açıqlama verən gənc siyasi şərhçi Elman Vəliyev bunun baş verə biləcəyini mümkün hesab edir. Lakin, reallıqların dəyərləndirilməsini də vacib sayır. Təhlilçinin bildirdiyinə görə, məsələ burasındadır ki, Türkiyə Qarabağ Münaqişəsinin həll edilməsi üzrə yaradılan Təşkilatlara üzv deyil. Konfliktin "sülh yolu" ilə həll edilməsi ilə bağlı yaradılan ATƏT'in Minsk qrupunun Həmsədrləri Rusiya, Fransa və Amerikadır. Belə bir halın baş verməsi isə təbii ki, həmin ölkələrlə qardaş ölkəni siyasi böhrana soxa bilər. Təsadüfi deyil ki, təkliflərə baxmayaraq, Türkiyənin də bu qrupa üzv olmasına başda Rusiya olmaqla, digərləri həmişə qarşı çıxıb. Rusiya XİN rəsmisi Lavrov öz bəyanatlarında bunun münaqişə formatının dəyişilməsinə cəhd kimi qiymətləndirib. Kreml bunu deməklə həm də sübut edib ki, Azərbaycan Rusiya üçün çox önəmli bölgədir. Şimal qonşumuzun erməni xislətindən istifadə etməklə öz maraqlarına sahib olmaq üşün vətənimizdə əsdirdiyi "soyuq küləklər" də kəsilməyəcək. Türkiyənin Həmsədr olması isə Azərbaycanın tamamilə Rusiyanın əlindən çıxmasına aparır. Hər halda, mənzərə belə deməyə əsas yaradır.

Şərhçinin xatırlatmasına görə, Rusiyanın münaqişə zamanı Ermənistana tonlarla silah yardımları etməsi sübut edir ki, Azərbaycan-Ermənistan arasında istənilən konflikt alovlanarsa "şimal ayısı" Ermənistana hərbi yardımını heç vaxt əsirgəməyəcək. Qarabağ uğrunda real müharibə səhnəsinə isə hər an şahid ola bilərik. Çünki, münaqişənin sülh yolu ilə həlli istiqamətində nəticəsizlik, düşmən tərəfinin provokativ əməlləri Azərbaycana müharibədən başqa yol da buraxmır. Türkiyənin də bu müharibədə dəstəyini görəcəyimizə şübhəmiz yoxdur.

Müharibə Konflikt tərəflərindən birinin hücumu ilə başlarsa və Ermənistana Rusiya yardım edərsə, o zaman Türkiyənin gücünün yanımızda olması qaçılmazdır.

"Demokratik.Az" saytı Qarabağda baş verə biləcək formatda böyük savaşın hətta Üçüncü Dünya Müharibəsinə gətirib çıxara biləcəyini düşünərək, belə olan halda qarşı-qarşı duran iki hegemon ordunun müqayisəli təhlilini təqdim edir.

Beləliklə, həm Rusiya, həm də Türkiyə orduları dünyanın ən güclü 10 ordusu sıralarında yer alıb. Rusiya ordusu dünyanın ikinci, Türkiyə Silahlı Qüvvələri isə 8-ci ən böyük ordusu hesab olunur. 

"Business Insider" dərgisinin 2015-ci ildəki müqayisəli təhlillinə görə, 142 milyonluq Rusiyanın (400 min) və 81 milyonluq Türkiyənin (440 min) xidmətdəki hərbçilərinin sayına görə ikinci irəlidədir. Ehtiyatda olan hərbi qulluqçulara gəldikdə Rusiya 69 milyon, Türkiyə 40 milyonluq ehtiyata malikdir. Hərbi təyyarə sayına görə də qardaş ölkə irəlidədir. Türkiyə 3100 ədəd, Rusiya isə 3081 ədəd təyyarəyə sahibdir. Tankların sayına görə üstünlük Rusiyadadır, şimal qonşumuzun 15 min, Türkiyəninsə 3600 ədəd tankı var. Hərbi gəmilərin sayına görə də Rusiya öndədir, fərq müvafiq olaraq 350-nin 115-ə nisbətindədir. Rusiyanın 87 peyki var, Türkiyə cəmi 12-sinə sahibdir. 

Ordusunun büdcəsi 19 milyard olan Türkiyə ilə müqayisədə Rusiya orduya ayırdığı vəsaitə görə irəlidədir - 76 milyard dollar. Göründüyü kimi, bir sıra mühüm məsələlərdə Türkiyə Rusiyadan nəinki geri qalmır, hətta irəlidədir. Rusiyanın əsas üstünlüyü onun nüvə silahındadır, ancaq Türkiyə də nüvə silahına malik bir sıra dövlətlərin alyansı olan NATO-nun üzvüdür. NATO Türkiyəni tək qoymayacağını bəyan edib, üstəlik, mövqeyini isbatlayan addımlar atılmaqdadır.

Azərbaycan və Ermənistan ordusunun müqayisəsinə isə heç bir gərək görünmür. Bizim sahib olduğumuz ordunun gücü düşmən ordusu ilə deyil, bir sıra MDB dövlətlərilə müqayisə ediləcək səviyyədə güclüdür. İnanırıq ki, biz tezliklə öz əzəli torpaqlarımıza qayıdacağıq, buna kimsə - hətta bizi tarixən didib parçalayan Rusiya belə mane ola bilməyəcək! 

Qarabağ Azərbaycandır! Yaşasın Türkiyə-Azərbaycan ordusu!!!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR