Slimfit
  1. DÜNYA

Türk ordusu ilə üz-üzə gəlsək… - Əsədin müşaviri

Türk ordusu ilə üz-üzə gəlsək… - Əsədin müşaviri
Sakura

Türk ordusu ilə üz-üzə gəlsək… - Əsədin müşaviri

İstər Azez, istər Afrin, istərsə də Fəratın şərqi olsun, ölkəmizin bütün nöqtələrini azad etmək üçün vuruşacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Suriya lideri Bəşər Əsədin siyasət və media məsələləri üzrə müşaviri Buseyna Şaban BBC-nin Türkiyə xidmətinin “Türkiyə və Suriya ordusu üz-üzə gəlsə, nə olacaq” sualını cavablandırarkən deyib.

Şaban YPG ilə rəsmi Dəməşq arasında hər hansı bir saziş olmadığını, bəzi qrupların Suriyanın mənfəətinə zidd hərəkət edərək amerikalılarla anlaşdığını bildirib.

“Suriyalı kürd qruplarına Suriya hökumətinin və Ərdoğanın baxışları fərqlidir. Ərdoğan suriyalı kürdləri “Osmanlı və Müsəlman Qardaşları” arzusunu həyata keçirmək, Suriya və İraqın bəzi bölgələrini işğal etmək üçün bəhanə kimi istifadə etməyə çalışır. Onun ölkəsində 17 milyon kürd var, öz ölkəsindəki kürdlərlə maraqlansa, daha yaxşı olar”, - Şaban bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR