Dərc edildi: Baxış sayı: 249
Türk ordusu əməliyyata başladı, məktəblər bağlandı
Türkiyə Silahlı Qüvvələrinin "Sülh çeşməsi" əməliyyatına başlaması ilə Şanlıurfa və Biləcikdə sərhədə yaxın məktəblərdə tətil elan edilib.
Axar.az xəbər verir ki, məktəblilər 2 günlük tətilə buraxılıb.
Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında təhlükəsizlik bölgəsi yaratmaq üçün PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı "Sülh çeşməsi" (“Barış Pınarı”) əməliyyatına başlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət