Slimfit
  1. AZƏRBAYCAN

“Türk Hava Yolları” Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına uçuşları bərpa edir

“Türk Hava Yolları” Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına uçuşları bərpa edir
Sakura

“Türk Hava Yolları” Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına uçuşları bərpa edir

“Türk Hava Yolları” (THY) aviaşirkəti sentyabrın 6-dan etibarən İstanbulun Sabiha Gökçen beynəlxalq aeroportuna uçuşları bərpa edir.

Aviaşirkətin Bakı nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, “Türk Hava Yolları” Bakıdan sözügedən hava limanına uçuşlara 2015-ci ilin martın 15-də başlayıb və 2016-cı ilin payızında dayandırıb. İstanbulun Sabiha Gökçen beynəlxalq aeroportuna uçuşlar həftədə 3 dəfə yerinə yetiriləcək. İstanbuldan Bakıya uçuşlar həftənin IV, VI və VII günləri saat 21:15-də, Bakıdan İstanbula isə həftənin I, V və VII günləri saat 03:55-də həyata keçiriləcək.

Qeyd edək ki, hazırda “Türk Hava Yolları” aviaşirkəti İstanbuldan Bakıya gündə 4 reys, həftədə 28 reys üzrə uçuşlar yerinə yetirir. Sabiha Gökçen hava limanına uçuşların bərpa edilməsi ilə həftəlik uçuşlarının sayı 31-ə çatacaq.

“Türk Hava Yolları”nın uçuş cədvəli ilə bağlı məlumatı aviaşirkətin rəsmi saytında www.turkishairlines.com, satış ofislərində və ya məlumat mərkəzi ilə əlaqə saxlayaraq (+994 12) 404-88-49 əldə etmək mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR