Slimfit
  1. DÜNYA

Türk generaldan sensasiyalı sözlər: “Buradan çıxmayacağıq...”

Türk generaldan sensasiyalı sözlər: “Buradan çıxmayacağıq...”
Sakura

Türk generaldan sensasiyalı sözlər: “Buradan çıxmayacağıq...”

Əldə etdiyimiz razılaşmaya sadiqik. Rusiyanın da bu razılaşmaya sadiq qalacağına ümid edirik. Gözləyirik. Biz heç bir şəkildə 12 müşahidə məntəqəsini boşaltmayacağıq və buradan çıxmayacağıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Türk Silahlı Qüvvələrinin komandan təmsilçiləri ilə birlikdə Suriya sərhədlərinə gələn Akar burada generallarla müzakirələr aparıb.

Hulisi Akar əlavə edib ki, Türkiyənin Suriya ərazisində olan 12 müşahidə postuna müvafiq təlimat verilib: “Hər hansı bir formada onlara hücum və təcavüz olunarsa, tərəddütsüz qarşılıqlı cavab veriləcək”.

Türkiyə parlamentində Liviyaya hərbi göndərmək məsələsinin müzakirəyə çıxarılacağı haqda suala cavabında müdafiə naziri bildirib ki, türk ordusu ölkənin haqq və mənafelərini qorumaq üçün istər ölkə daxilində, istərsə də xaricində vəzifəsini həyata keçirməyə hazırdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR