Slimfit
  1. GÜNDƏM

Türk bəstəkarları Brilliantın 37 min dollarını mənimsədi

Türk bəstəkarları Brilliantın 37 min dollarını mənimsədi
Sakura

Türk bəstəkarları Brilliantın 37 min dollarını mənimsədi

Türkiyənin “TV8” telekanalında yayımlanan “Gel konuşalım” proqramında Xalq artisti Brilliant Dadaşova başına gələn xoşagəlməz hadisənin pərdəarxası məqamlarından söhbət açıb.

Oxu.Az xəbər verir ki, sənətçi saxtakarlıqla üz-üzə qaldığını, bəstəkarlar Fettah Can və Metin Özülkünün onu aldatdığını dilə gətirib:

“Metin Özülkünü proqramda görmüşdüm. Mənə deyib ki, sənə mahnılar verə bilərəm. 4-5 mahnı barədə danışdıq. Yeni mahnılar yazacaq və aranjeman edəcəkdi.

Fettah Can isə gəlib, mənə 4-5 mahnı göstərib. Ödəməni etdim, sonra studiyasına getdim, mahnılarını oxuyub, lentə yazdıq. Bir müddətdən sonra Fəttaha zəng etdim. Gah “evimdən köçürəm”, gah da ki “sevgilimdən ayrılmışam” kimi müxtəlif bəhanələr gətirdi. Metin Özülküyə 19 min dollar, Fettah Cana isə 18 min dollar pul verdim. Pul da getdi, mahnılar da... Dünyanın malı, dünyada qalacaq”. 

Proqramın aparıcıları Brilliant Dadaşovanın ittihamlarına inanmadıqlarını söyləyiblər. Onlar Fettah Can ilə Metin Özülkünün tərəfini saxlayaraq, Xalq artistini yalan danışmaqda ittiham ediblər.

Bu xəbər Türkiyənin bir çox media orqanlarının manşetinə çevrilib. 

Qalmaqallı olayla bağlı Oxu.Az-ın əməkdaşı Xalq artisti Brilliant Dadaşova ilə əlaqə saxlayıb. O, başına gələn xoşagəlməz hadisəni bu cür şərh edib: 

“7-8 əvvəl Türkiyədə olduğum zamanı bəstəkar-müğənni Fettah Can mənə mahnı yazmaq istədiyini söyləmişdi. Mən də onunla anlaşıb, qaldığım evə qonaq çağırmışdım. Təqdim etdiyi mahnıları da Fettah evimdə olan pianoda özü çalıb, oxuyub. Mən də 5-6 mahnını bəyənmişdim. Demişdim ki, öz bəstələdiyin mahnılardır, aranjemanı da özün et, nə qədər pul lazımdırsa, mən ödəyərəm. Söyləmişdi ki, hamısını səsyazma studiyamda özüm edəcəyəm. Mahnının pullarını isə Fettahın səsyazma studiyasında ödəmişdim.

Oxuduqdan sonra mahnıları “svideniya” edib mənə verməli idi. Üstündən bəlli zaman keçdi, zəng vurdum, mahnıları istədim. Dedi ki, evdən köçürəm, hazır deyil. Cavab olaraq söylədim ki, Bakıya qayıdıram, növbəti dəfə İstanbula gələndə mahnılar hazır olsun. Yenə əlaqə saxladım, bu dəfə sevgilisindən ayrıldığını, evini təmir etdiyini bəhanə gətirdi və məndən vaxt istədi. Gördüm ki, bu nala-mıxa vurur, söylədim ki, mahnıları elektron poçtla göndərsin.

“Yanır ürəyim” mahnımı bəstələyən keçmiş “Karvan” qrupunun rəhbəri, azərbaycanlı pianoçu Firuz İsmayılovun səsyazma studiyası var. Qərar verdim ki, həmin studiyada aranjemanlar olsun. Bir neçə dəfə poçtu yoxlasalar da, Fettah mahnıları yollamadı. Bu məsələ elə də qaldı”.

Məsələni həll etmək üçün “Kemal Müzik Yapım & Menajerlik” şirkətinin rəhbəri Kamal Aslanın araya girdiyini bildirən Xalq artisti Fettahın onun barəsində işlətdiyi “hesabıma Türkiyədə reklam olunur” kəlməsinə bu cür reaksiya verib:

“Keçən il “Kemal Müzik Yapım & Menajerlik” şirkətinin rəhbəri Kamal Aslanla işbirliyinə başladım. O, başıma gələnlərdən xəbər tutub, məyus olduğunu söylədi. Fərid Ağanın “Para-para, puldur dünya” mahnısını ekranlaşdırmağı öz boynuna götürüb. Mahnı İstanbulda lentə alınıb və mənim də çox xoşuma gəlib.

Kamal Aslan bu məsələni həll etmək üçün Metin Özülkünlə danışmaq qərarına gəlib. Metin kanalların birinə müsahibə verəndə haqqımda xoş sözlər deyib. Mahnının aranjemanına çatanda işlər pozulub. Başqa işlər götürdükləri üçün mahnılarım kölgədə qalıb. İşlərim həddindən artıq çoxdur. Gedib onların qapısında otura bilmərəm. Dəfələrlə müraciət etsəm də, bir nəticə verməyib.

Fettah isə Metindən fərqli olaraq, fikirlərində yanlışlığa yol verib. Onun danışığı heç xoşuma gəlməyib. Guya ki, onunla özümü Türkiyədə piar, reklam edirəm. Mən də ona cavab olaraq dedim ki, danışanda reklam çıxır, danışmayanda mahnıları vermirsən. Üçüncü yolu varsa, göstər, edək.

Kamal Aslanla müqavilə bağladığım üçün bu məsələləri artıq o həll edəcək. Söylədi ki, mahnıları ondan alacağam. Onu da qeyd edim ki, Aslan mənim üçün “Para-para, puldur dünya” mahnısını təmannasız şəkildə aranjeman edib, klipi də elə onun komandası lentə alıb”.

Başlayan gündən sosial medianın nəzər nöqtəsinə çevrilən “Maşın” realiti şou haqqında Xalq artistinin fikirlərini öyrəndik. O, zamanı az olduğu üçün şounu izləmədiyini bildirdi.

“İllər öncə “Maşın” şouda iştirakçı qismində çıxış etmişəm. Ağlayaraq şounu özüm tərk etmişəm. Çünki oyunda hər gün “toxunulmazlıq”la qarşılaşırdım. Bu isə məni məyus edirdi, qərara aldım ki, oyunu tərk etməliyəm. Baxmayaraq ki, intriqalar məni addım-addım izləyir, amma mən bu kimi şeyləri sevmədiyim üçün çalışıram, uzaq durum. 

“Instagram”da Ramal İsrafilov ilə bağlı video çıxıb. Onun oyunu tərk etməsi üçün hansısa müğənni çoxlu səs göndərib. Mən də baxıb dedim ki, gör, bunlar pullarını nəyə və hara xərcləyirlər. İntriqaya pul xərcləyirlər. Bu kimi şeylər mənlik deyil.

“Xalq artisti Murad Dadaşov sizə şouda iştirak etməklə bağlı təklif göndərsə, qəbul edərsiz?” sualına Dadaşova bu cür münasibət bildirib :

“Bundan öncə də onun təklifi ilə şouya qatılmışdım. Təklif gəlsə, çətin, yenidən orada oyunçu kimi iştiraka razılaşım. İstərdim ki, bacım oğlu Cəmil orada iştirak etsin. Çünki onun avtomobilə və reklama ehtiyacı var. Ümid edirəm ki, şounun növbəti sürətlərində ona da təklif gələr. Bizdə musiqiçilərə dəstək azdır. Pulu əsl sənətə yox, kimisə vurub-yıxmaq və pislik etmək üçün xərcləyirlər. Bu isə kənardan çox iyrənc görünür”.

Başı sənətinə qarışan və hər zaman keyfiyyətli işlərlə gündəmə gələn Xalq artisti Brilliant Dadaşova redaksiyamızın əməkdaşı ilə söhbətində yeniliklərindən danışıb: 

“Fərid Ağanın yeni mahnılarını studiyaya girib lentə alıram. Mahnıların aranjemanları mənsiz edilə bilməz. Bu işə həddən artıq diqqətlə yanaşıram. Musiqiçinin də işini özüm edirəm. Gərək şəxsən özüm qarmonçunun, pianoçunun, nağaraçının başının üstündə dayanım. Ona görə zamanımın çoxu studiyalarda keçir. Başqa müğənnilər musiqini bilmədiklərindən, atranjeman hazır gəlir, üstündən oxuyurlar. Amma mən hazır aranjemanla gələn musiqini ifa edə bilmirəm”.

Rəşad Əliyev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR