Slimfit
  1. AZƏRBAYCAN

Turizm sektorunda inqliabi yenilik - Artıq sizi aldada bilməyəcəklər

Turizm sektorunda inqliabi yenilik - Artıq sizi aldada bilməyəcəklər
Sakura

İrəli sürülən təklifə əsasən bundan sonra Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv olan agentliklərlə…

Turagentliklərin və müştərilərin məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlanıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti və Ekspertlər Şurası turizm agentliklərinin göstərdiyi xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlayıb. İrəli sürülən təklifə əsasən, bundan sonra Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv olan agentliklərlə onların xidmətlərindən yararlanan müştərilər arasında icbari olaraq müqavilə imzalanacaq.

Nəzərdə tutulan müqavilə turagentlərlə müştərilərin hüquq və vəzifələrini özündə əks etdirəcək. Eyni zamanda nəzərdə tutulan müqavilə tərəflər arasında yaşana biləcək problemlərin və narazılıqların qarşısını almağa xidmət edəcək. Xəbərdə deyilir ki, Assosiasiyanın İdarə Heyətinin toplantısında quruma daha 18 yeni üzv qəbul edilib və onların sayı 50-yə yüksəlib. Bununla yanaşı, iclasda Böyük Britaniyanın "Travelport" şirkətinin Azərbaycandakı nümayəndəliyi Assosiasiyaya assosiativ tərəfdaş kimi qəbul edilib. Bununla yanaşı, iclasda Böyük Britaniyanın "Travelport" şirkətinin Azərbaycandakı nümayəndəliyi Assosiasiyaya assosiativ tərəfdaş kimi qəbul edilib.

 

Yeni mexanizm barədə Sputnik Azərbaycan-a danıışan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının PR meneceri Orxan Bədəlov bildirib ki, onun hazırlanmasında məqsəd turistlərin hüquqlarının qorunmasıdır: “Eyni zamanda bu, yay mövsümündə rastlaşdığımız turistlərin aldadılması kimi neqativ halları da aradan qaldıracaq. Müqavilə ancaq Assosiasiyaya daxil olan turizm agentliklərinə aiddir. Bizim üzvümüz olmayan turizm agentliklərinə bu müqavilənin bağlanması sadəcə tövsiyə xarakteri daşıyacaq. Bu müqavilədə tərəflərin hüquq və vəzifələri öz əksini tapacaq. Hazırda bu müqavilənin üzərində bizim hüquqşünaslar işləyirlər. Müqavilə tərtib olunduqda heç bir tərəfin hüququ pozulmayacaq. Bu sənəd tətbiq edilməzdən öncə turizm şirkətlərinə onun üstün tərəfləri izah olunacaq, bununla bağlı maarifləndirmə işləri aparılacaq”.

O ki qaldı müqavilənin nə vaxtdan tətbiq olunmasına, bu barədə konkret fikir söyləməyən Bədəlov deyir ki, müqavilə hazır olandan sonra Assosasiyaya üzv olan turizm agentliklərinə göndəriləcək.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR