Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Turizm Agentlikləri Assosiasiyası turşirkətlərə və vətəndaşlara müraciət edib

Turizm Agentlikləri Assosiasiyası turşirkətlərə və vətəndaşlara müraciət edib
Sakura

Turizm Agentlikləri Assosiasiyası turşirkətlərə və vətəndaşlara müraciət edib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (AATA) İdarə Heyətinin sədri Rüfət Hacıyev turizm şirkətlərinə və vətəndaşlara müraciət edib. 

AATA-dan APA-ya verilən məlumata görə, müraciətdə deyilir ki, koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan ərazisində yayılması xüsusi ilə ölkənin turizm sənayesinə birbaşa təsir edərək bu sektorda çalışanların fəaliyyətində müəyyən problemlər yaradıb: "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq bir müddət öncə turizm şirkətlərinin üzləşdiyi çətinlikləri aradan qaldırmaq və pandemiya nəticəsində zərər görmüş turizm şirkətlərinin fəaliyyətini stimullaşdırmaq üçün bir sıra təkliflər hazırlayaraq Dövlət Turizm Agentliyinə təqdim etmişdik.

Təəssüf ki pandemiya nəticəsində turizm sahəsində yaranan bəzi problemlər turizm təmsilçilərinə yeni çətinliklər yaratmaqdadır. Üzləşdiyimiz iri miqyaslı problemlərdən biri COVİD-19 virusu ilə əlaqədar silsilə uçuşların təxirə salınması və hava yolu şirkətlərinin aviabiletlərə xərclənilən vəsaitlərin geri qaytarılmasından imtina etməsidir. Bu gün əksər hava yolu şirkətləri pandemiya ilə əlaqədar olaraq dünyada baş verən prossesləri fors-major halı kimi qiymətləndirərək aviabilet pullarının geri qaytarılmayacağını bildirir. Şirkətlərə və bilet sahiblərinə bunun qarşılığında bronlaşdırılmış biletlərin vaxtını dəyişdirmək və ya təxirə salınmış uçuşların əvəzində vauçer (müəyyən olunmuş müddət ərzində uçuşu həyata keçirmək hüququnu təsdiq edən sənəd) təklif edir. Buna səbəb isə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (International Air Transport Association) öz daxili qaydalarını dəyişməsi olub.

Qeyd etmək istərdik ki, eyni vəziyyət digər turizm məhsullarının geri qaytarılması ilə əlaqədar da mövcuddur. Vətəndaşlar əldə etdikləri səyahət məhsulunun tam məbləğdə geri ödənişini tələb edir. Nəticədə turizm agentlikləri pandemiya ilə əlaqədar işsizlik və maliyyə problemləri ilə üzləşmiş əhalinin tələblərini qarşılaya bilmir. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərəbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış İşçi Qruplara və müvafiq dövlət strukturlarına yaranmış ziddiyyətli məsələlərin həlli mexanizmlərinin hazırlanmasında köməklik göstərməsi üçün müraciət ünvanlayıb. Müraciətdə mövcud problemlər haqqında ətraflı məlumatlar verilib. Bildirmək istərdik ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bu çətin dönəmdə turizm şirkətlərinin üzləşdikləri problemləri daim diqqətdə saxlayır. Ölkənin aparıcı turizm şirkətlərinin rəhbər şəxsləri ilə daim təmasda olaraq onların problemləri ilə maraqlanır və bu böhrandan çıxış yolunu tapmaq üçün bütün mümkün vasitələri nəzərdən keçirir.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq vətəndaşlardan və turizm şirkətlərindən problemin mümkün həlli mexanizimlərinin hazırlanıb təqdim olunmasına qədər səbrli davranmaqlarını və anlayış göstərmələrini tövsüyyə edirik" - deyə müraciətdə bildirilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR