Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Turistlərə elektron vizaların verilməsi qaydaları dəyişir

Turistlərə elektron vizaların verilməsi qaydaları dəyişir
Sakura

Turistlərə elektron vizaların verilməsi qaydaları dəyişir

Azərbaycanda "Turizm haqqında" qanuna turizm vizası və turistlərə elektron vizaların verilməsi ilə bağlı dəyişiklik edilir.

 Ens.az xəbər verir ki, Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarlıb.

Hazırkı qanunda qeyd edilir ki, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

Yeni layihədə isə qeyd edilir ki, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş gün müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində baxılır, birdəfəlik elektron vizanın Azərbaycanın beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində baxılır. İmtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir.

Qanuna dəyişikliklərin edilməsi Azərbaycan Prezidentinin 2016-cı il 20 oktyabr tarixli fərmanı ilə təsdiqlənmiş "ASAN Viza" sistemi haqqında Əsasnamə"nin tələblərindən irəli gəlir.

Dəyişikliklər səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR