Slimfit
  1. CƏMİYYƏT

“Turist düşünəcək ki, niyə bu yollarda ekskavatorlar illərlə işləyir?”

“Turist düşünəcək ki, niyə bu yollarda ekskavatorlar illərlə işləyir?”
Sakura

“Turist düşünəcək ki, niyə bu yollarda ekskavatorlar illərlə işləyir?”

“Bir xarici turist 3 il ard-arda Bakı-Şamaxı-İsmayıllı yolunu gəlsə, düşünəcək ki, ekskavatorlar bu yollarda niyə illərlə işləyir?”

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

“Sual vermək istəyirəm ki, bu yol tam təmirdən nə zaman çıxıb istifadəyə veriləcək? İkinci sualım məktəbəqədər xərclərlə bağlıdır. Gələn il məktəbəqədər təhsil xərcləri üçün 90 milyon manat artım nəzərdə tutulub. Bağçaların ərzaq təminatında 20 milyon manat azalma kimi bənd görünür. Buna aydınlıq gətirilsin. Onsuz da ölkədə 1825 uşaq bağçası var. Hər 4 uşaqdan birinin bağça ilə təminatı var”, - deyə deputat vurğulayıb.

 

Z.Oruc əlavə edib ki, Abşeron rayonu üzrə əhali yüklənməsi o qədər çoxdur ki, orada 216 min şəxs qeydiyyatdan kənar məskunlaşır: “Bu, özünü məktəblərin durumunda göstərir. Naxçıvanda bu nisbətdə 35% azalma varsa və bu 100-120 min insanın oradan çıxıb gəlməsi deməkdirsə, burada əksinədir. Məsələn, 2 saylı məktəb 1380 yerlikdirsə, burada 6177 şagird təhsil alır. Təsəvvür edin, bu təhsil sistemi üçün necə yüklənmədir? Bölgələrin demoqrafiq balansının pozulmasıdır. Hesab edirəm ki, Böyük Qayıdış yalnız azad edilmiş torpaqlara deyil, bütün bölgələrə tətbiq olunmalıdır. Hökumət böyük şəhərlər siyasətini işə salmalıdır. İnsan bütün təminatı bölgədə tapmalıdır ki, Bakıya üz tutmasın”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR