Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Tural Qurbanov Gürşad oğlu

Tural Qurbanov Gürşad oğlu
Sakura

Doğum tarixi : 1992 Vəfat tarixi: 2 aprel 2016

Tural Gürşad oğlu Qurbanov (d. 1992; Kürdəmir, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Tural Qurbanov 1992-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində Solmaz və Gürşad Qurbanovların ailəsində anadan olub.

Hərbi xidməti

Gizir Tural Qurbanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 11-i isə Tural Qurbanov doğulduğu Kürdəmir rayonunun Sığırlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Qurbanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Tural Qurbanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Tural Qurbanovun xatirəsinə həmin ilin iyun ayında "ANS" telekanalında yayımlanan "Alın yazısı" verilişinin bir bölümü həsr olundu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR