Slimfit
  1. SİYASƏT

Tural Gəncəliyev: “Qondarma rejimin oyuncaq “başçısı” anlayır ki, mühakimə ediləcəyi gün çox yaxındır”

Tural Gəncəliyev: “Qondarma rejimin oyuncaq “başçısı” anlayır ki, mühakimə ediləcəyi gün çox yaxındır”
Sakura

Tural Gəncəliyev: “Qondarma rejimin oyuncaq “başçısı” anlayır ki, mühakimə ediləcəyi gün çox yaxındır”

“Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qondarma rejimin “başçısı” Araik Arutunyan yenə öz sayıqlamaları ilə gündəmdə qalmağa çalışıb”.

Bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarındakı qondarma rejimin “başçısı”nın açıqlaması ilə bağlı şərhində deyib.

T.Gəncəliyev bildirib ki, Azərbaycanın işğal altındakı ərazilərini talamaqla, həmçinin Serj Sarqsyan və Robert Koçaryan kimi bəşəriyyət əleyhinə cinayətlər törətmiş quldurların əlaltısı olmaqla özünə sərvət toplamış bir korrupsioner cinayətkarın belə narahatlıq keçirməsi bizdə təəccüb doğurmur:

 

“Qondarma və oyuncaq rejimin “başçısı” yaxşı anlayır ki, o və onun kimilərin Azərbaycan Respublikası qanunları qarşısında mühakimə ediləcəyi gün çox yaxındır və bundan qaçış mümkün olmayacaq.

Bunu qeyd etmək vacibdir ki, hazırda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistanın işğalı altında olduğundan, ərazinin erməni sakinləri işğalçı rejimin əsarətində yaşamağa məcbur ediliblər.

Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin ərazi bütövlüyü çox tezliklə bərpa ediləcək və Dağlıq Qarabağ bölgəsi Arayik kimi “oyuncaq”lardan təmizlənəcək. Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində birgə sülh şəraitində yaşaması tezliklə təmin ediləcək”.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR