Slimfit
  1. GÜNDƏM

Tural Gəncəliyev: Dağlıq Qarabağın Azərbaycanlı icması erməni tərəflə görüşə həmişə hazır olub

Tural Gəncəliyev: Dağlıq Qarabağın Azərbaycanlı icması erməni tərəflə görüşə həmişə hazır olub
Sakura

Tural Gəncəliyev: Dağlıq Qarabağın Azərbaycanlı icması erməni tərəflə görüşə həmişə hazır olub

 

Dağlıq Qarabağın Azərbaycanlı İcması erməni tərəflə görüşə həmişə hazır olub.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

İcma sədri bildirib ki, 2019-cu ildə qurum bu barrədə dəfələrlə müraciətlər etsə də, qarşı tərəf cavab verməyib: "Biz dəfələrlə bu barədə müraciətlər etmişik. Təəssüf ki, 2019-cu il ərzində cavab almamışıq. Bu da erməni icmasının boyunduruq altında qalmasının göstəricisidir. Onlar qondarma rejimdən asılıdırlar. Çox güman ki, onların arasında azərbaycanlılarla bir yerdə yaşamaq istəyi olanlar var, lakin həmin şəxsləri boğurlar, sıxırlar.

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması erməni icmasını danışıqlara çağırdıqdan sonra jurnalistlərin qarşılıqlı səfərləri baş tutdu, lakin erməni tərəf bunu şou elədi, təxribat xarakterli bəyanatlar verdilər. Bu da onu göstərir ki, qondarma rejimin nümayəndələri, təcavüzkar Ermənistan rəhbərliyi bu məsələdə maraqlı deyillər. Biz onlarla bir yerdə yaşamaq istəyirik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR