Slimfit
  1. CƏMİYYƏT

Tullantıların qalaqlanmasına görə bələdiyyə sədri cəzalanıb

Tullantıların qalaqlanmasına görə bələdiyyə sədri cəzalanıb
Sakura

Tullantıların qalaqlanmasına görə bələdiyyə sədri cəzalanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub.

Faktla bağlı ərazidə tullantıların idarə olunmasına cavabdeh Qobu bələdiyyəsinin sədri Araz Nəcəfov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 3500 manat məbləğində cərimə edilib. 

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR