Slimfit
  1. CƏMİYYƏT

“Tullantıdan sənətə” sərgisi açılacaq

“Tullantıdan sənətə” sərgisi açılacaq
Sakura

“Tullantıdan sənətə” sərgisi açılacaq

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılacaq.

Qafqazinfo” xəbər verir ki,  layihə Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə həyata keçirilir.

Sərgidə 14 ölkədən 21 rəssam-heykəltəraşın əl işləri nümayiş olunacaq. Azərbaycan, Çin, Finlandiya, Hindistan, Xorvatiya, İordaniya, İran, Monteneqro, Özbəkistan, Rusiya, Türkiyə, Şimali Makedoniya, Ukrayna və Yaponiyadan olan incəsənət nümayəndələrinin əl işləri təqdim olunacaq. Ənənəvi keçirilən sərgi bu il 650 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub.

Hazırda rəssamlar Qala qəsəbəsində əsərlər üzərində işləyir.

“Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən təşkil olunur. 2015-ci ildən Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də fəaliyyət göstərir. Layihə tullantı materiallarından sənət əsərləri yaratmağın mümkünlüyünü nümayiş etdirir. Əsas məqsəd əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, insanları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

 






Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR