Slimfit
  1. TƏBİƏT

Tülkü (heyvan)

Tülkü (heyvan)
Sakura

Tülkü - Canavarkimilər dəstəsindən bir məməli növü.

Tülkülər (Vulpes) - Canavarkimilər dəstəsindən bir məməli növü.

Tülkülər canavarkimilər dəstəsinə daxil olan məməlilər növündəndir. Təxminən 10 tülkü növü mövcuddur. Canavarlardan fərqli olaraq, tülkülərin uzunsov sifəti, böyük sivri qulaqları, vertikal oval şəkilli göz bəbəkləri var. Azərbaycanın bütün ərazilərində mövcuddur. Adi, ya da kürən tülküsü daha geniş yayılıb, bədəninin uzunluğu 90 sm, quyruğu isə 60 sm çatır. Belinin rəngi kürən, qarnı ağ, hərdən qara olur. 14-15 yarımnöv mövcuddur, onların çoxluğu arealın böyük olmasıyla bağlıdır. Yalnız meşələrdə və dağlarda yox, o cümlədən açıq yerlərdə yaşayır və balalayırlar.

Həyat tərzi

Özü qazıdığı ya da boş yuvalarda məskən salır. Yeməyini gəmiricilər, dovşanlar, quşlar, müxtəlif bitkilər, balıqlar, sürünənlər təşkil edir. Yeməyi yaşadığı mühitdən asılıdır. Ov vaxtı mürəkkəb davranış formalı nümayiş etdirir (təsadüfi deyil ki, rus folklorunda tülkü ağıl və bicliyinin simvoludur).

Tək həyat tərzi sürür, bala tülküləri həyata gətirmək və böyütmək üçün cütlük yaradırlar. Hamiləlik dövrü 49-58 gün olur. 4-12 bala doğur. Balaları böyütmək prosesində erkək və dişi iştirak edirlər. Tülkülər zərərli gәmirçiklәri məhv edirlər. Tülkülər xəzli heyvan ovçuluğunun obyektidir. Onlar əsasən 10-12 il yaşayırlar.

Tülkü
Elmi təsnifatı
Adı Turk
Tip Xordalılar (Chordata)
Sinif Məməlilər (məməşlilər)
Dəstə Yırtıcılar (Carnivora)
Fəsilə Köpəkkimilər(Canidae)
Cins Vulpes
Növ Vulpes

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR