Dərc edildi: Baxış sayı: 750
Tülkü əvəzinə iki çobanı vurdu
Goranboyda açılan atəş nəticəsində iki nəfər xəsarət alıb.
Ens.az “Qafqazinfo”nun məlumatına istinadən xəbər verir ki, hadisə Ağcakənd qəsəbəsi ərazisində baş verib.
Belə ki, yaylaqda saxladığı ev quşlarının arasına tülkünün girdiyini görən çoban - Kəlbəcər rayonundan məcburi köçkün, 1984-cü il təvəllüdlü Afət Həsənquliyev ona ov tüfəngindən atəş açıb. Atəş nəticəsində yaxınlıqdakı iki çoban – Telman Quliyev gözündən, İslam Əliyev isə bədəninin müxtəlif hissələrindən xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət