Slimfit
  1. MARAQLI

Tükənmişlik sindromunun öhdəsindən gəlmək üçün 6 üsul

Tükənmişlik sindromunun öhdəsindən gəlmək üçün 6 üsul
Sakura

Tükənmişlik sindromunun öhdəsindən gəlmək üçün 6 üsul

İstəyin, enerjinin olmaması, kefsizlik… bir sözlə, tükənmişlik bəzən yığılaraq heç gözləmədiyimiz anda qapımızı döyər və həyatımıza daxil olar. Ağır iş şəraiti, münasibətlərdə problemlər, gələcəklə bağlı narahatçılıq, ünsiyyətin olmaması, sosial qayğılar bizi getdikcə daha çox tükənmiş və çarəsiz hiss etməyə vadar edir və elə düşünürük ki, sanki heç bir həll yolu tapa bilməyəcəyik. 

Bəs bütün bu qarışıqlığın içərisində motivasiyanı necə saxlamaq olar? Tükənmişlik hissini aradan qaldırmağın bir yolu var? 

TÜKƏNMİŞLİK SİNDROMU 

Amerikalı psixoloq Herbert Froydenberqer tərəfindən irəli sürülən “tükənmişlik sindromu” anlayışı stressin və yüksək hədəflərin tükənmişlik sindromu ilə qarşılaşdığı, insanın özünü məcburiyyət qarşısında hiss etdiyi, yorğun, ümidsiz və kədərli psixoloji halları ehtiva edən bir ruhi vəziyyətdir. 

Stress və qeyri-müəyyənliklə əlaqədar olaraq yaranan bu sindrom depresiya və nevroz pozğunluğu ilə sıx bağlıdır. Lakin mütəxəssislər tərəfindən tükənmişlik sindromu üçün hələ də bir diaqnoz və müalicə üsulları müəyyən edilməmişdir. 

Ən geniş yayılmış tükənmişlik simptomları

Ən geniş yayılmış tükənmişlik simptomları

Ən geniş yayılmış tükənmişlik simptomları

Yorğunluq: Özünü tükənmiş hiss edən insanlarda psixoloji və fiziki yorğunluq, istəksizlik, həyəcanın olmaması, ümidsizlik və çarəsizlik kimi hisslər müşahidə olunur. Sindromun görünən simptomlarına isə mütəmadi olaraq xəstələnmək, ürək bulanması, qarın ağrısı və ya həzm problemləri daxildir.  

Təcrid olunmaq: Sosial həyat və iş şəraitinin yaratdığı stressin öhdəsindən gəlməkdə çətinlik çəkildiyi zaman insanlar onu əhatə edən hər şeydən uzaqlaşmaq, özünə qapanmaq, ünsiyyət qurmamaq və getdikcə tənhalaşmağa meyl edirlər. Yuxusuzluq, keylik və reaksiyanın olmaması ilə birlikdə qarşıya çıxan təcrid olunmağa meyllilik isə ətrafda olan insanlarla münasibətin pozulmasına səbəb ola bilər. 

Aşağı performans və çatışmazlıq hissi: Xüsusən də iş həyatı əsas götürüldüyü zaman tükənmişlik sindromu ilə qarşılaşan insanlar gündəlik iş və tapşırıqları yerinə yetirmək, şəxsi həyatla iş arasında balans yaratmaq, prioritetləri müəyyən etmək, məqsədlərə çatmaq və ya edilməli işləri vaxtında etmək kimi məsələlərdə uğursuzluğa düçar ola bilər. 

Tükənmişlik sindromu

Tükənmişlik sindromu

TÜKƏNMİŞLİK SİNDROMUNUN ÖHDƏSİNDƏN GƏLMƏK ÜÇÜN 6 ÜSU

  •  Daha çox məşq

Məşqin kortizol (stress) hormonlarını azaldaraq seratonin (xoşbəxtlik) hormonunu hərəkətə gətirdiyini bilirik. Yəni mütəmadi olaraq məşq etməklə təkcə fiziki olaraq güclənməyəcək, həm də psixoloji olaraq da daha dayanıqlı ola biləcəksiniz.

  • Daha çox meditasiya

Meditasiya beyni və bədəni ləngləşdirir və problemləri minimallaşdırmaqlı daha rahat bir həyat standartlarına çatmağınıza şərait yaradır. Xoş bir meditasiya musiqisi, buxur, maraq yaradacaq təlimlər və yalnız qala biləcəyiniz bir atmosfer ruhunuzu rahatlatmaq üçün uyğun şəraitdir. 

  • Daha çox keyfiyyətli keçirilmiş şəxsi vaxt

Məsuliyyət və öhdəliklər içərsində keçən günləriniz, sevdiyiniz fəaliyyətləri, oxumaq istədiyiniz kitabları, izləmək istədiyiniz filmləri və getmək istədiyiniz yerləri sizdən “oğurlayır” və təxirə salmağa vadar edir. Əslində isə hər gün yalnız özünüzə sərf edəcəyiniz bir “mən” saatınız olmalıdır. 

  • Daha çox sosial aktivlik

Təbiətdə gəzintilər, həftəsonu tətillər, konsertlər, sərgilər, dostlarla görüşlər, yeni tanışlıqlar… Bütün bunların hamısı həyatın stressindən ayrılmağa və enerji yığmağımıza kömək edən bir-birindən yaxşı endorfin mənbələridir. 

  • Daha çox planlılıq

Stressi daha da qabardan ən əhəmiyyətli faktorlardan biri plansızlıqdır. Nəyi nə vaxt, necə edəcəyimi bilmədiyimizdə öhdəliklərimizi də gözümüzdə şişirtmiş oluruq, edə bilməmək qayğısı bizi bürüyür və işi dalana dirəmiş oluruq. Bunun qarşısını almağın ən yaxşı yolu plan quraraq hərəkət etmək, prioritetlər siyahısını müəyyən etmək və hərəkətə keçməkdir. 

  • Daha çox fərqindəlik, daha çox endorfin

Özünü yaxşı hiss etmədiyiniz anlarda sizin kefinizi nə açır? Üzünüzü güldürən, əhvalınızı yüksəldən, dərin bir «oh…» çəkməyinizə səbəb olacaq insanlar və ya fəaliyyətlər nədir? Rahat və xoşbəxt hiss etdiyimiz şəraitin fərqində olmaqla, onları gündəlik həyatımıza daxil etməklə xoşbəxtlik səviyyəmizdə də əhəmiyyətli dəyişikliklər etmiş olarıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR