Slimfit
  1. TARİX

Troyalı Brut - Britaniyanın qurucusu

Troyalı Brut - Britaniyanın qurucusu
Sakura

Troyalı Brut - Britaniyanın qurucusu

Ens.az bildirir ki, Troyalı Brutun gerçək bir şəxs olaraq qəbul edilməməsinə baxmayaraq, ilk kral haqqında mif Britaniya tarixinə möhkəm şəkildə yerləşmişdir.

Orta əsr Britaniya əfsanələrinə görə bu ölkənin qurucusu doğma yurdundan qovulduqdan sonra yeni ərazilər mənimsəmək üçün buraya gəlmiş Troya qəhrəmanı Eneyin nəslindən olan italyan olub.

Troyalı Brut dəstəsi ilə birlikdə Albiona çıxmış, yerli nəhəng sakinlərdən torpaqları fəth etmiş və adanı öz şərəfinə adlandırmışdır. Bir qədər sonra o, sonradan Londona çevrilən şəhəri qurmuş, bir neçə onilliklər ərzində bu ərazidə bir sıra qanun və qaydalar təsis etmiş, sonra ölkəni 3 hissə olmaqla hər birini üç oğluna vəsiyyət etmişdi: İngiltərə, Şotlandiya və Uels.

Bundan əlavə, əfsanəyə görə Brut indiki Londonun ərazisində ilahə Diananın şərəfinə bir səcdəgah inşa etmişdir ki, indi də onun qalığı olan daş qalmaqdadır. Belə inanc var ki, həmin daşın məhv ediləcəyi təqdirdə şəhər su altında qalacaq. Britaniyanı quran Brut haqqında ilk xatırlatmaya 9-cu əsr Uels tarixçisi Nenniyanın "britlərin tarixi" adlı əsərində rast gəlinir. Sonralar bu əfsanə Monmutlu Qalfrid tərəfindən 12-ci əsrdə "Britaniya Krallarının Tarixi" risaləsində təfərrüatlarla işlənib genişləndi.

Troyalı Brutun qəhrəman Eneyin nəvəsi və ya nəticəsi olduğu dəqiq bilinmir, ancaq Monmutlu ikinci olduğuna əmin idi. Onun atası "Alba Lonqa" çarı (İtaliyadakı bir şəhər) Silvius sehrbazdan doğulmamış uşağının taleyi barədə soruşduqda o, cəsur və böyük bir oğlunun olacağını, lakin hər iki valideyninin ölümünə səbəb olacağını söyləmişdi. Brutun anası onu doğan zaman dünyasını dəyişmiş, atasını isə 15 yaşı olarkən ov vaxtı təsadüfən oxla vurub öldürmüşdü.

Bu hadisədən sonra Brut İtaliyadan qovuldu və bir neçə yerləri dolaşıb Yunanıstana gəldi, burada Padras Pandrasusla vuruşdu və əsir düşən troyalıları azad etdi.

Pandrasus onu öldürməməsi müqabilində Bruta üç yüzdən çox gəmi verdi və bu ekipaj Yunanıstandan yeni səyahətə yola düşdü. Yunan kralı həmçinin öz qızı İnqoqu da istilaçıya ərə verdi.

Brut əvvəlcə ona sadiq troyalılarla və yeni arvadı ilə əvvəllər dəniz quldurlarının dayanacaq yeri olan, həmin vaxt isə kimsəsiz qalmış Leogesiya adasına gəlib çıxdı. Brutun yuxusuna ilahə Diana girdi və ona nəhənglər tərəfindən idarə olunan, Qərb dənizi ilə əhatə olunan qalların mülklərinin arxasında yerləşən ada haqqında danışdı. İlahə həmin sahillərə çatan insana xoşbəxt və uzun ömür, habelə yeni Troya qurma fürsətinin nəsib olacağını söylədi.

Londonun qədim xəritəsi

Yeni bir ərazi kəşf etmək xəyalından ilham alan Brut komandası ilə birlikdə səyahətə çıxdı və gəmidən Tirren dənizinin sahilinə endi və burada qüdrətli döyüşçü Korineusun başçılığı ilə başqa bir Troya qrupunu aşkar etdi. Sonuncu, Brutun avtoritetini qəbul etdi və iki lider qüvvə və komandalarını birləşdirərək Diananın vəd etdiyi adaya doğru, nəhayət çatanadək hərəkət etdilər.

Korineus və Brutun yan aldıqları ərazi Albion adlanırdı və bir ovuc nəhəngi saymasaq, praktiki olaraq heç kəs yaşamırdı. Troyalıların ordusu nəhəngləri mağaralarda gizlənməyə məcbur edərək dağlara doğru qovdular, bundan sonra Brut və Korineus torpaqları özləri və digər nüfuzlu adamlar arasında ədalətlə bölüşdürdülər. Korineus, indi Kornuoll olaraq bilinən adanın cənub-qərbində mənzərəli bir hissəni seçdi. Brut özünün şərəfinə yeni əraziyə ad vermək hüququnu özündə saxladı. Albion adı Britaniyaya dəyişdirildi və bu torpaqlara çatan troyalılara britlər deyilməyə başladı.

Diananın proqnozuna görə yeni Troyaya çevriləcək bir şəhər tapmağın vaxtı gəlmişdi. Brut torpaqlarını araşdırdı və Temza çayının sahilində bir yer seçdi və orada məskunlaşma yerini əm əsasını qoydu. Bura uzun müddət Yeni Troya adını daşıdı, sonra - Trinovantum və yalnız sonralar şəhər London adımı daşımağa başladı. Brut seçdiyi sakinlərlə birlikdə Yeni Troyanı məskunlaşdırdı və sülh və asayişi qorumağa xidmət edən qanunlar qəbul etdi. Şəhərdəki digər tikililər arasında Brutu sərəncamı ilə qurulan Diananın səcdəgahı da var idi.

Lakin zaman keçdikcə əfsanə ilə əlaqəli olan yalnız bir daş qaldı: həmin daş ki, əfsanəyə görə, məhv olarsa, London tamamilə su altında qalacaqdır.

Troyalı Brut ölkəsini 24 il idarə etdi və ölümündən sonra hakimiyyəti varisi olan 3 nəfərə verdi: Lokrinus, Albanaktus və Kamberə. Onların hər biri öz torpaq sahəsini aldı. Lokrinus, o dövrdə Loergi adı verilən İngiltərəni aldı; Albanaktus Albaniyanı idarə etdi (təxminən indiki Şotlandiyanın sərhədləri); Kamber isə yerdə qalan - sərhədləri Uelsin müasir ərazisinə yaxın hissəni nəzarətdə saxladı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR