
Trampla Putin arasında telefon danışığının detalları açıqlanıb
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı Ukrayna ilə bağlı ətraflı müzakirələr davam etdirilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremldən məlumat yayılıb.
Məlumata görə, Putin bildirib ki, o, Ukraynadakı vəziyyəti dayanıqlı şəkildə həll etmək yolları üzrə ABŞ ilə birgə işləməyə hazırdır. Həmçinin, Putin Trampa məlumat verib ki, martın 19-da Rusiya və Ukrayna arasında 175-in 175-ə prinsipi ilə əsir mübadiləsi aparılacaq.
Liderlər dünyada sabitlik üçün ortaq məsuliyyət fonunda ikitərəfli münasibətlərin normallaşdırılmasının tərəfdarı olduqlarını bildiriblər. Onlar əməkdaşlığın qurulması mümkün olan "geniş sahələri", iqtisadiyyat və enerji sektorunda işbirliyi üçün bir sıra ideyaları müzakirə ediblər.
Tramp Putinin milli komandalar arasında xokkey matçlarının təşkili ideyasını dəstəkləyib. Dövlət başçıları bütün məsələlərdə əlaqə saxlamaq barədə razılığa gəliblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət