Dərc edildi: Baxış sayı: 429
Trampın “Sülh çeşməsi” ilə bağlı planının üstü açıldı
ABŞ Prezidenti Donald Tramp Türkiyə ilə YPG qruplaşması arasında vasitəçilik edərək atəşkəsə nail olmaq istəyir.
Axar.az xəbər verir ki, bu barədə Qərb mətbuatı Dövlət Departamentindəki rəsmiyə istinadla informasiya yayıb.
ABŞ rəsmisi Trampın Türkiyənin sərhədindəki vəziyyətlə bağlı narahatlığını anladığını, lakin İŞİD-lə mübarizədə SDQ kimi müttəfiqə ehtiyaclarının olduğunu qeyd edib.
Onun sözlərinə görə, artıq ABŞ tərəfi həmçinin YPG tərəfindən Türkiyəyə qarşı təhdidlərin aradan qaldırılması üçün bir sıra fəaliyyətlərin icrasına başlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət