Slimfit
  1. DÜNYA

Trampın senatorlara məktubu: “Türkləri itirə bilərik. Rusiyaya daha da yaxınlaşacaqlar”

Trampın senatorlara məktubu: “Türkləri itirə bilərik. Rusiyaya daha da yaxınlaşacaqlar”
Sakura

Trampın senatorlara məktubu: “Türkləri itirə bilərik. Rusiyaya daha da yaxınlaşacaqlar”

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Trampın senatorlara yazdığı “ABŞ-ın Milli Təhlükəsizliyi” başlıqlı 7 səhifəlik məktubunda “Sanksiyalar Türkiyəni Rusiyaya daha da yaxınlaşdırır” sözlərini yazıb. “TheDaılyBest” adlı internet saytında dərc olunan xəbərdə Trampın 7 səhifəlik yazını ABŞ XİN vasitəsilə göndərdiyi qeyd edilib. “ABŞ-ın Milli Təhlükəsizliyi” adlı məktub Türkiyə əleyhdarları olan Cim Riç və Bob Mendez də daxil olmaqla bütün senatorlara ünvanlanıb. Məktubun Türkiyə ilə bağlı hissəsində qanun layihəsinin həm NATO-ya zərər verəcəyi, həm də Türkiyəni Rusiyaya daha da yaxınlaşdıracağı vurğulanıb. Türk banklarının beynəlxalq bazardan çıxarılmasının lazım olmadığı və bu qanun layihəsinin ABŞ-ın biznes dünyasının Türkiyə ilə əlaqəsinə zərər verəcəyi bildirilib. Həmçinin, bütövlükdə ABŞ-Türkiyə əlaqələrinin zərər çəkəcəyi qeyd edilib. Trampın layihədə yer alan və Suriyadan ABŞ-a köçməyi asanlaşdıran bir maddə ilə bağlı keçirdiyi narahatlıq da senatorların diqqətinə çatdırılıb.

ABŞ prezidenti Donald Tramp ötən günlərdə ölkə tarixində Müdaifə Nazirliyin ən böyük büdcə olan 738 milyard dollar həcmində 2020-ci il müdafiə büdcəsini qəbul edib. Trampın imzaladığı 2020-ci il müdafiə büdcəsində Türkiyəyə qarşı bəzi sanksiya maddələri də yer tutur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR