Trampın oğlu atasının həbs olunma ehtimalından danışıb
"Trump Organization"un maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirli bilinən ABŞ-nin keçmiş prezidenti Donald Tramp, həqiqətən də, həbsə düşə bilər".
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu sabiq prezidentin oğlu kiçik Donald Tramp jurnalist Taker Karlsona verdiyi müsahibədə etiraf edib.
Onun sözlərinə görə, hökmün iyulun 11-də, Respublika Partiyasının qurultayına dörd gün qalmış elan edilməsi qərarı təsadüfən verilməyib.
"İnanıram ki, onlar atamı həbs etməyə çalışacaqlar", - Trampın oğlu bildirib.
Kiçik Tramp atasına qarşı işin siyasi motivli olduğuna əmin olduğunu, Demokratlar Partiyası ABŞ-nin hazırkı Prezidenti Co Baydenin qarşıdan gələn seçkidə rəqibi ilə belə davranmağa çalışdığını deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət