Slimfit
  1. SİYASƏT

Trampın müşaviri: Azərbaycan - Ermənistan sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq

Trampın müşaviri: Azərbaycan - Ermənistan sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq
Sakura

Trampın müşaviri: Azərbaycan - Ermənistan sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq

Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bunu ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “X”dəki səhifəsində yazıb.

“Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır. Mən bu həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin köməkçisi, cənab Hikmət Hacıyevlə danışdım.

Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq”, - Trampın müşaviri vurğulayıb.

 

Mayk Uolts qeyd edib ki, sülh sazişinin imzalanması yekunlaşmalıdır: “Regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR