Slimfit
  1. DÜNYA

Trampın müharibə xəbərdarlığını ciddi saymaq olarmı?

Trampın müharibə xəbərdarlığını ciddi saymaq olarmı?
Sakura

Trampın müharibə xəbərdarlığını ciddi saymaq olarmı?

Xəbər verdiyimiz kimi, ABŞ-ın keçmiş prezidenti Donald Tramp dünən axşam saatlarında özünün “Truth Social” sosial şəbəkəsində yazdığı postla bir daha Üçüncü Dünya müharibəsinin başlanacağına işarə edib.

"Üçüncü Dünya müharibəsi",- Ağ Evin keçmiş sahibi əlavə şərhlər və təfərrüatlar olmadan yazıb.

Qeyd edək ki, Tramp dəfələrlə ABŞ-ın hazırkı hakimiyyət orqanlarının siyasəti nəticəsində genişmiqyaslı hərbi münaqişə riskinə diqqət yetirib.

Bəs, yeni dünya müharibəsinin başlanması mümkündürmü? ABŞ kimi superdövlətin keçmiş liderinin Üçüncü Dünya müharibəsi ilə bağlı xəbərdarlığını ciddi saymaq olarmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafanın sözlərinə görə, Tramp sıradan bir adam deyil.

“O, ABŞ-n prezidenti olub və kifayət qədər ciddi mücadilə verib. Hətta o hakimiyyətdən gedəndə də tərəfdarlarını çağırdı, Amerikada daxili münaqişələr yaşandı. Tramp qlobal güclə mücadilədə hakimiyyəti itirib. Və yenidən hakimiyyətə gəlmək istəyir, lakin onu əngəlləyirlər. O böyük miqyasda, dünya düzənində baş verən prosseslərdən, yəni alt qatda gedən prosseslər haqqında məlumatlı adamdı. Nəzərə alsaq ki, o, yenidən Respublikaçılar Partiyasının 2024-də ən şanslı namizədlərindən biri hesab olunur, düşünürəm ki, hər-halda onun bildiyi bir şeylər var. Bunu sadəcə olaraq qorxutmaq üçün demir. Ola bilsin ki, gerçək narahatlığını bölüşür”, - deyə politiloq bildirdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR