Dərc edildi: Baxış sayı: 464
Trampın kosmos qərarına Rusiyadan reaksiya
ABŞ Prezidenti Donald Trampın kosmosu mənimsəməklə bağlı bəyanatı təbliğatdır. Amerikalılar bununla diqqətləri koronavirusdan yayındırmağa çalışırlar.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin üzvü Oleq Morozov deyib.
“Mənə elə gəlir ki, bu addımda reallıqdan çox təbliğat var. Əlbəttə ki, ölkənin fikrini koronavirusdan yayındırmaq lazımdır”, – deyə o bildirib.
Qeyd edək ki, Tramp kosmik resursların hasilatı ilə bağlı sərəncam imzalayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət