Slimfit
  1. DÜNYA

Trampın iqamətgahı yaxınlığında silahlı İran vətəndaşı saxlanıldı

Trampın iqamətgahı yaxınlığında silahlı İran vətəndaşı saxlanıldı
Sakura

Trampın iqamətgahı yaxınlığında silahlı İran vətəndaşı saxlanıldı

Üzərində soyuq silah və külli miqdarda pul olan İran vətəndaşı ABŞ prezidenti Donald Trampın Mar-a-Laqoda (Florida ştatı-red) şəhərkənarı iqamətgahı yaxınlığında saxlanılıb.

Publika.az-ın məlumatına görə, bu barədə Palm-Biç şəhərində nəşr edilən “Daily News” qəzeti şəhər polisinin nümayəndəsi Maykl Oqrodnikə istinadən bildirib.

Məlumata görə, saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman ondan İran vətəndaşı Məsud Zolehə məxsus pasport, habelə soyuq silah – sivri ucluqlu dəhrə, 22 min dollar götürülüb.

Qəzet iranlının həbs edilib-edilmədiyini dəqiqləşdirməyib. Yalnız bildirilir ki, o, məhkəməyə aparılıb.

Qeyd edək ki, bu, Mar-a-Laqoda belə qəbildən olan ilk hadisə deyil. Ötən ilin dekabrında Palm-Piç polisi Trampın malikanəsinin ərazisinə qanunsuz keçdiyinə görə Çin sakinini saxlayıb. Saxlanıldıqdan sonra aydınlaşıb ki, 56 yaşlı Szin Lunun ABŞ-dakı vizasının müddəti başa çatıb.

Həmin ilin noyabrında Florida ştatının Cənub Dairəsinin Federal Məhkəməsi Çinin digər vətəndaşını Mar-a-Laqo ərazisinə qanunsuz keçdiyinə, həmçinin ABŞ-ın Məxfi Xidmətinin əməkdaşlarına yalan məlumat verdiyinə görə 8 ay azadlıqdan məhrum edib.//Report.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR