Slimfit
  1. DÜNYA

Trampın impiçmenti barədə təklifi dəstəkləyən amerikalıların sayı artmaqdadır

Trampın impiçmenti barədə təklifi dəstəkləyən amerikalıların sayı artmaqdadır
Sakura

Trampın impiçmenti barədə təklifi dəstəkləyən amerikalıların sayı artmaqdadır

Son bir həftə ərzində ABŞ Prezidenti Donald Trampın impiçmentə məruz qalması tərəfdarları olan amerikalıların sayı 8 faiz artıb.

Reuters agentliyi və İpsos konsaltinq şirkəti tərəfindən birgə aparılmış ictimai rəy sorğusunun nəticələrinə görə, Trampın Ukraynaya təzyiq göstərməsi barədə məlumat yayılandan sonra prezidentin impiçmenti təklifini dəstəkləyən amerikalıların sayı artmaqdadır. ABŞ KİV-lərində yayılan xəbərə görə, Tramp Ukrayna Prezidenti Vladimir Zelenskidən ABŞ Prezidenti vəzifəsinə Demokratlar Partiyasının aparıcı namizədi Co Baydenin oğlunun fəaliyyəti barədə təhqiqat aparmağa başlamasını tələb edib.

Sentyabrın 26-dan 30-dək aparılmış ictimai rəy sorğusu nəticəsində məlum olub ki, respondentlərin 45 faizinin fikrincə, Donald Tramp məsuliyyətə cəlb edilməlidir. Bu rəqəm ötən həftə keçirilmiş analoji rəy sorğusunda qeydə alınmış 37 faizlə müqayisədə 8 faiz yüksəkdir. Rəyi soruşulanların 41 faizi hesab edir ki, Trampı məsuliyyətə cəlb etmək lazım deyil, sorğu iştirakçılarının 15 faizi isə bildirib ki, Ağ ev rəhbərini məsuliyyətə cəlb etmək lazım olub-olmamasını bilmirlər.

Demokrat respondentlərin 74 faizi bildirib ki, Trampı məsuliyyətə cəlb etmək lazımdır. Bu, keçən həftə aparılmış sorğuda müvafiq göstəricidən 8 faiz çoxdur. Respublikaçılar respondentlərin 13 faizi impiçment təklifini dəstəkləyir. Bu da 3 faiz artım deməkdir.

Bu sorğu yaxın vaxtlarda keçirilmiş digər rəy sorğularının nəticələrini əks etdirir: məlum olub ki, son vaxtlar Tramp barəsində impiçment təklifini dəstəkləyənlərin sayı artıb. Amerika ictimaiyyəti ABŞ xüsusi xidmət orqanlarından olan anonim informator tərəfindən daxil olmuş şikayətlərdən sonra impiçment məsələsinə diqqəti artırıb. Bu il iyul ayında Tramp ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon söhbəti barədə informasiya sızması baş verib.

Zelenski ilə Trampın söhbəti barədə məlumat alınandan sonra ABŞ Nümayəndələr Palatası Trampa impiçment elan edilməsi məqsədilə təhqiqat aparmağa başlayıb. Naməlum informator bildirib ki, Tramp Zelenski ilə telefon söhbəti zamanı ona təzyiq göstərib, Zelenskidən ABŞ Konqresi tərəfindən artıq təsdiqlənmiş 400 milyon dollar həcmində maliyyə yardımının müqabilində Co Baydenin oğluna qarşı təhqiqata başlamağı tələb edib. Tramp administrasiyası prezidentlər arasında telefon söhbətinin mətnini Konqresə təqdim etməkdən imtina edəndən sonra vəziyyət daha da mürəkkəbləşib.

2200 respondent arasında aparılmış sorğunun iştirakçılarından 34 faizi bu həftə həmin informatorun hesabatı barədə çox eşitdiklərini bildirib. Bu, keçən həftə aparılmış sorğunun nəticələri ilə müqayisədə təqribən iki dəfə çoxdur. Respondentlərə 43 faizi "həmin hesabat barədə nə düşünürsünüz?” sualının cavabında verib ki, Prezident Tramp 2020-ci il prezident seçki kampaniyası ərəfəsində Co Baydenin reputasiyasını korlamağa çalışır, bu da keçən həftə ilə müqayisədə 4 faiz çoxdur. Həmin göstəricilər impiçment və Prezidentin tənqidi məsələsinə marağın artmasına dəlalət edir.

Rəy sorğusu göstərib ki, yaşlı amerikalıların 66 faizi, o cümlədən respublikaçıların 46 faizi və demokratların 88 faizi hesab edir ki, əgər dövlət vəzifəsi tutan şəxs öz siyasi rəqibinə hücum etmək üçün xarici ölkənin hökumətini cəlb edirsə, həmin şəxs vəsifəsində kənarlaşdırılmalıdır.

Onu da qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının altı komitəsi bu məsələyə dair təhqiqat aparacaq. Əgər komitələr bu qənaətə gəlsə ki, Tramp qanunu pozub, onda nümayəndələr palatasında impiçment məsələsinə dair dinləmələr aparılacaq. Konqresmenlərin əksəriyyəti impiçmentin lehinə səs verərsə, bu qərar respublikaçıların çoxluq təşkil etdiyi Senat üzvlərinin üçdə iki hissəsi tərəfindən təsdiq edilməlidir. 

Mənbə: strategiya.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR