Dərc edildi: Baxış sayı: 475
Trampın illik qazancı açıqlandı
ABŞ Prezidenti Donald Trampın 2019-cu il il üzrə maliyyə hesabatı açıqlanıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, hesabata əsasən, Tramp Floridadakı Mar-a-Laqo kurortundan 21.4 milyon dollar qazanıb.
Onun Ağ Ev yaxınlığındakı otelinin qazancı isə 2019-cu ildə 40,8 milyondan 40.5 milyona düşüb. Bununla yanaşı ABŞ Prezidenti Beverli Hilzdəki malikanəsinin satışından 13.5 milyon dollar qazanıb. Gəlirinin böyük hissəsini isə daşınmaz əmlaklarından əldə edib.
Ümumilikdə isə ABŞ Prezidentinin 2019-cu ildəki qazancı 446 milyon dollardan çox olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət