Slimfit
  1. DÜNYA

Trampın hansı xəstəlikdən qorxduğu məlum oldu

Trampın hansı xəstəlikdən qorxduğu məlum oldu
Sakura

Trampın hansı xəstəlikdən qorxduğu məlum oldu

“ABŞ-nin keçmiş prezidenti Donald Tramp Altsheymer xəstəliyindən qorxur, çünki onun atası Fred Tramp da bu xəstəlikdən əziyyət çəkib”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzetində dərc olunan yazıda bildirilib.

Yazıdakı məlumat Trampın öz atası ilə ünsiyyətinə şahid olan, “Trump Organization” şirkətinin keçmiş top-menecerinə istinad edilib.

“Donald, şübhəsiz, Altsheymer xəstəliyindən qorxur”, - deyə şirkətin adı açıqlanmayan top-meneceri vurğulayıb.

O əlavə edib ki, Donald Tramp bunu etiraf etmək və bu cür şeylər haqqında ictimaiyyət qarşısında açıq danışmaq niyyətində deyil, amma bu aktualdır.

Nəşr qeyd edib ki, 1990-cı illərdə Trampın atası ağır vəziyyətdə olub və övladlarını tanımayıb.

Nəşrin xatırlatmasına görə, ABŞ-nin keçmiş prezidenti 1997-ci ildə verdiyi bir müsahibədə bildirib ki, atasını Altsheymer xəstəliyindən əziyyət çəkərkən görmək onu həyatın mənasızlığı haqqında ciddi şəkildə düşünməyə vadar edib.

Mənbə: Gazeta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR