Trampın əməkdaşlıq təklifinə İrandan cavab
Tehran hələ də Vaşinqtonun sanksiyalarının təsiri altında ikən ABŞ Prezidenti Donald Trampın təklifi inanılmazdır.
Axar.az xəbər verir ki, bu sözləri İRNA-ya açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib. O, Süleymaninin öldürülməsindən sonra İsveçrə rəhbərliyi vasitəsilə Vaşinqtondan ismarış aldıqlarını söyləsə də, mahiyyət haqqında məlumat verməyib:
”Lazımi cavab ABŞ-ın özünə verilib”, - deyə Musəvi bildirib.
Qeyd edək ki, bundan əvvəl Vaşinqton BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda iranlı general Qasım Süleymaninin öldürülməsinin özünümüdafiə xarakterli olduğunu və gərginliyin artmasının qarşısını almaq üçün İranla qeyd-şərtsiz ciddi müzakirələrə hazır olduqlarını bəyan etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət